Bu gün:

Francis Danby kimdir?


İngilis romantik rəssam Francis Danby, 1793-cü ildə İrlandiyanın cənubunda anadan olan əkiz qardaşlardan biri idi.  Ueksford yaxınlığında torpaq sahibi olan atasının 1807 – ci ildəki ölümündən sonra hələ tələbə ikən ailəsi ilə birlikdə Dublinə köçdü. Burada sənətçi Kral Dublin Cəmiyyətinin Məktəbində Rəsm dərslərinə qatıldı. Daha sonra rəssam James Arthur O ‘ Connorun rəhbərliyi altında mənzərələri yağlı boya ilə boyamağa başladı.


 1813-cü ildə George Petrie və O ‘ Connor ilə Londona gedib. Bu az maliyyə səfəri qısa müddətli idi və piyada qayıtmaq məcburiyyətində qaldılar. Qayıdandan sonra qrup qısa müddətdə Bristolda dayanıb. Danby burada suluboya ilə sınaqdan keçirdikdən sonra səylə yağlı  boya ilə mənzərələr yaratmağa başlayıb. Rəsmlərinin əsas olanlarını Londondakı bir sərgiyə göndərdi və rəssamın əsərləri tezliklə böyük diqqət çəkdi.


 

1824-cü ildə Londona köçdükdən sonra Danby təbiət mənzərələri ilə məşğul olmağı dayandırdı. Claude Lorren və J. R. Turner kimi daha romantik və poetik mənzərələr çəkdi. O, həmçinin geniş Bibliya səhnələrini o qədər uğurla təsvir etdi ki, onları Con Martinlə rəqib kimi göstərmək olar.

 1825-ci ildə Kral Akademiyasındakı sərgisindən sonra ARA – ya seçildi. Ancaq 1829-cu ildə ARA- ya seçilmədiyi üçün akademiya ilə mübahisə etdi. O vaxt onun evliliyi də yaxşı getmirdi. Arvadı onu başqa bir sənətçi ilə tərk etdi və Londondan ayrıldı. Bu qalmaqal Danbyni 1830-cu ildə birdən Parisə köçməyə məcbur etdi. Parisdə yaşayarkən, 1831-1836-cı illər arasında əsasən suluboya və topoqrafik rəsmlər çəkdi. 1838-ci ilin sonlarında Londona qayıtdı və açdığı xüsusi sərgi ilə nüfuzunu bərpa etdi.


 

Francis Danby, dəbi keçsə də,  1840-1850-ci illər arasında Təbiətin poetik fantastik görüntülərini çəkməyə davam etdi. Francis Danby 1840-1850-ci illər arasında Təbiətin poetik fantastik görüntülərini çəkməyə davam etdi. Turner rəsmləri ilə eyni dərəcədə olmasa da, istifadə olunan geniş rənglərdə hazırlanmış dəniz və mənzərə rəsmləri həmişə özünə heyran tapmışdır.


 

1847-ci ildə  Exmouth, Devona köçdü. Demək olar ki, hamısı borcla keçən  bir həyat, dərəcə almaq cəhdlərindəki uğursuzluq sənətkarı həyata küsdürdü və 1861-ci ildə həyatla vidalaşdı. İki oğlu James Francis Danby (1816-75) və Thomas Danby (1817-86) onun yolunu davam etdirib, sənətkar oldular.

Mənbə: istanbulsanatevi

Tərcümə etdi: Aysu Əsədova



 

Paylaş
Şərh əlavə et