Bu gün:

Niyə gecə "Eyfel" qülləsində şəkil çəkdirmək qadağandır?


Eyfel qülləsində gecə şəkil çəkdirmək qadağandır! Yaxşı amma niyə?

Parisin tacı olan Eyfel qülləsinin müəllif hüquqlarının qorunduğunu bilirdinizmi? Düzdür, çox maraqlı səslənir. Hər turistin şəkil çəkdirmək üçün yerində dayana bilməyəcəyi 324 metrlik bu tikili 130 ildir ki, ayaqdadır. Fransa İnqilabının yüzillik qeyd etmələri üçün tikilmiş Eyfel qülləsi sonralar şəhərin unikal simvoluna çevrildi. 

Hər il milyonlarla turistin görməyə axın etdiyi Parisin ən məşhur binalarından biri də şübhəsiz ki, Eyfel qülləsidir. Dünyanın ən çox təqlid edilən memarlıqlarından biri olan Eyfel qülləsinə qalxaraq şəhərin mənzərəsini görmək mümkündür. Ancaq bilmək lazım olan məlumatlar var. Gecələr Eyfel qülləsinin fotolarını çəkməyə icazə verilmir. 

Eyfel Qülləsinin də Müəllif Hüququ var 

Dünyanın ən məşhur binalarından biri olan Eyfel qülləsinin müəllif hüququ var. Fransaya gedib gecələr işıqlanan Eyfel qülləsinin şəklini çəksəniz, risk edirsiniz. 

Parisdəki, Eyfel qülləsi gecə saat 1-ə qədər 20 min işıqla işıqlandırılır. Bu parıldayan şəkli İnstaqramda paylaşanlar hələ qanunu pozduqlarını bilmirlər. O, abidələrin qanuni yaradıcının ömrü boyu qorunduğunu bildirən Avropada köhnə müəllif hüququ qanununa riayət edir. Mövzu ilə bağlı izahat belədir: 

"Avropa müəllif hüquqları qanununa görə, insanlar müəllif hüquqları ilə qorunan əsərlərin fotoşəkillərini sata, onları fond foto saytlarına yükləyə, jurnallarda dərc edə və ya mənfəət üçün sosial mediada yerləşdirə bilməzlər". 

Amma hüquqşünaslar deyirlər ki, Eyfel qülləsinin özü ictimai məkandadır, yəni gündüz saatlarında istədiyiniz qədər şəkil çəkə bilərsiniz. 

Sadəcə bir selfi 

Narahat olmayın, əgər siz sadəcə İnstaqram üçün şəkil çəkdirməyə çalışırsınızsa, bu çox da problem deyil. Ancaq Eyfel qülləsindən pul qazanmaq məqsədiniz varsa, o zaman şərtlər dəyişir. 

Société-nin rəsmi saytında yer alan məlumatda "İstənilən şəxs gecə vaxtı Eyfel qülləsinin fotolarını çəkib sosial şəbəkələrdə paylaşa bilər. Lakin peşəkarlar üçün vəziyyət fərqlidir. Eyfel qülləsinin işıqlandırması və işıqları müəllif hüquqları ilə qorunur, buna görə də Eyfel qülləsinin gecə şəkilləri peşəkar istifadə icazə tələb edir və ödənişlidir". 

Mənbə: Akşam

Tərcümə etdi: Nəzri Süleymanova

Paylaş
Şərh əlavə et