Bu gün:

Osmanlı sultanlarının portretləri niyə yandan çəkilib?



Osmanlı sultanlarına nəzər saldıqda, demək olar ki, hamısının şəkillərinin yandan çəkildiyini görürük. İlk portretini çəkdirən sultan Fatih sultan Mehmet olmuşdur.


Sultanların Roma imperatorları kimi yan poza vermələri dolayı yolla güc əlaməti idi. Bəs necə?Əslində, burada ən önəmli faktor burundur. Bəli, burun.

Fateh Sultan Mehmetin portreti bu mövzuda çox səs-küy yaradıb. Onun burnunun belə olub-olmaması ilə bağlı müzakirələr davam edərkən, biz "burun" göstərən simvolun nə qədər əhəmiyyətli olduğunu gözdən qaçırmışıq.

İndi plastik cərrahiyyənin əsas aktyoru olan kəmərli burun, o dövrdə nəcib insanlarda tapılan "Roma burnu" kimi tanınırdı. Daha doğrusu, bunun soylu insanlarda olduğu deyilirdi. İnsanlar buna inanmaq istəyirdilər və kəmərli burnu güc simvolu kimi qəbul edirdilər.

Yan tərəfdən baxdıqda kəmərli burun Roma İmperiyasının simvolu olan qartal dimdiyinə bənzəyir.

Roma İmperiyasının simvolu olan qartal güclü və yırtıcı heyvan idi. Təbii ki, o, həm də gücü təmsil edirdi. O zaman yandan baxanda kəmərli burnu qartal dimdiyinə bənzədirdilər. Padşahlar qartalın qüdrətini bu şəkildə özlərinə aid etmişdilər ki, kəmərli burun qürurla daşınan orqana çevrilmişdi.

Osmanlı sultanları da yan profildən portret çəkdirməklə özlərini Roma imperatorlarından üstün hesab etdiklərini göstərmək istəyirdilər.


Mənbə: webtekno
Tərcümə etdi: Sevil İsmayılova

Paylaş
Şərh əlavə et