
Hürrəm sultan kimdir?
Qanuni Süleymanın həyat yoldaşı Hürrəm sultan Osmanlı tarixinin ən güclü və ən nüfuzlu qadınlarından biri hesab olunur. Onun həyatı romanlara, pyeslərə və operalara mövzu olmuşdur. O, siyasətdə və dövlət işlərində fəal rol oynayaraq Osmanlı İmperiyasında “Qadın Hökmdarlığı” adlı dövrün başlanğıcını qoydu. Hürrəm sultan Osmanlı tarixində dövlət işləri ilə məşğul olan ilk qadın kimi tanınır. O, öz möhürünü çap etdirir, məftilli pəncərədən məclis iclaslarını izləyir və fikirlərini sultana təqdim edirdi.
Hürrəm sultanın Topqapı sarayına gələnə qədər həyatı haqqında qəti məlumat yoxdur. Onun 1504-cü ildə Polşa Krallığının sərhədləri daxilində Ruteniyada (Ukrayna) anadan olduğu təxmin edilir. Onun 1520- ci ildə 15 yaşında ikən tatar basqınları tərəfindən qaçırıldığı və Krım xanının himayəsinə keçdikdən sonra Topqapı sarayına təqdim edildiyi tarixçilər tərəfindən qəbul edilən bir fikirdir.
Ukraynadakı, qeydlərə görə onun adı Anastasiyadır. Polyakların ənənəsində o, Aleksandra Lisovska kimi, Avropada isə La Rossa və ya Roxelana kimi tanınır. Hürrəm sözü türkcə şən deməkdir.
Görünüşü
Hürrəm sultan dövrün Avropa səfirləri tərəfindən qırmızı saçlı, yaşıl gözlü və ağ dərili olaraq təsvir edilmişdir.
Ölümü
Hürrəm sultan 17 aprel 1558-ci ildə İstanbulda vəfat etdi. Onun zəhərlənmədən və ginekoloji xəstəlikdən öldüyü barədə şayiələr var. Ancaq qeydlərdə onun təbii səbəblərdən öldüyü yazılıb. Böyük dəfn mərasimindən sonra Süleymaniyyə məscidinin həyətində dəfn edilib. Onun məzarı üzərində əri Qanuni Süleyman məqbərə tikdirmişdir. Hürrəm sultanın vəfatından çox kədərlənən Qanuni Süleyman bu gün İranda bir şəhərin adını Hürrəmabad olaraq dəyişib.
Mənbə: Yeni Akit Gazetesi
Tərcümə etdi: Aminə Paşazadə
