Bu gün:

Apple AirPods nə qədər keyfiyyətlidir?



Apple-ın çox tənqid olunan simsiz qulaqlıq AirPods-un SAR (Xüsusi Absorbsiya Oranı) dəyəri açıqlanıb.  Məlum olub ki, AirPods istifadəçiləri radioaktiv enerjiyə bəzi smartfonlardan daha çox məruz qalıblar.

Gündəlik həyatda istifadə etdiyimiz ağıllı cihazlarda SAR (Specific Absorption Rate) dəyərinin nə qədər əhəmiyyətli olduğunu əvvəlki xəbərlərimizdə bildirmişdik.

Türk dilində Xüsusi Absorbsiya Oranı mənasını verən SAR, radiotezlikli elektromaqnit sahəsinə məruz qaldıqda orqanizm tərəfindən udulan enerji sürətinin ölçüsü kimi tanınır. Qısacası, buna smartfondan istifadə edərkən nə qədər radioaktiv enerjiyə məruz qaldığımızın ölçüsü deyilir (mütəxəssislər buna görə yatarkən telefonları bədəninizə yaxın qoymamağı deyirlər).

Yüksək qiymətinə görə tez-tez tənqid edilən Apple-ın yeni simsiz qulaqlıqlarının SAR dəyəri də maraq doğururdu. AirPod-ların SAR dəyərinin 0,466 Vt/kq olduğu açıqlanıb. Nümunə üçün qeyd edək ki, iPhone 7-də bu dəyər 1,38W/kq-dır.

Bunu iPhone 7 ilə müqayisə etdikdə AirPodların SAR dəyərinin aşağı olduğunu görürük. Bununla belə, Samsung Galaxy S7 edge və Asus Zenfone 3 kimi smartfonlarda SAR dəyəri 0,3W/kq-dan aşağıdır. Beləliklə, AirPod-ların bu dəyəri bəzi smartfonlardan daha yüksəkdir.

Həmçinin biz hər zaman özümüzlə smartfon aparmırıq.  AirPods qulaqlıq olduğundan, onlar həmişə başımıza yaxın saxlanılacaq. Mütəxəssislər bildirirlər ki, AirPod-ların 1 saatdan çox istifadəsi sağlamlığa zərər verə bilər.

Mənbə: yenişafak
Tərcümə etdi: Çimnaz Məmmədova

Paylaş
Şərh əlavə et