Bu gün:

Ulduzlar nədir?


Ulduz, əsasən hidrogen və heliumdan ibarət plazma toplusu kimi müəyyən edilir, bu, göydə bir nöqtədir, lakin qaranlıqda parladığı üçün görünə bilər. Ulduzların temperaturu 3000 ºC ilə 50 000 ºC arasında dəyişə bilər. Günəş təxminən 6000 ºC səth istiliyinə malik sarı bir ulduzdur. Spektrlər, yəni ulduzların növləri kifayət qədər genişdir. Onlar, ümumiyyətlə, O, B, A, F, G, K və M hərfləri ilə simvollaşdırılır. Ulduzların Hərəkəti

Göyə baxanda elə bilirik ki, ulduzlar hərəkət edir. Bunun səbəbi Yerimizin hərəkətidir. Yerimiz öz və Günəş ətrafında fırlandığı üçün bəzi sabit ulduzları sanki hərəkət edirmiş kimi görürük. Bununla belə, bəzi ulduzlar əslində hərəkət edir. Bunlar əslində planetlərdirUlduzların Məsafəsi

Ulduzların məsafəsini ölçmək üçün Bassel üsulundan istifadə olunur. Bu üsulla ulduzların məsafəsi ilk dəfə 1838-ci ildə ölçüldü. Bu üsulla ən yaxın ulduz Proksima Sentavrinin işığının bizə çatması 4 il çəkir. Ən uzaq ulduzların işığının bizə çatması minlərlə il çəkə bilər. Ulduzlar hələ ulduzlar üzərində elmi araşdırmalar başlamamış əsrlərdə insanların diqqətini çəkmişdir. Bürclər ilk dəfə Babil dövründə aşkar edilmişdir. Daha sonra ulduzlar adlanmağa başladı. Ulduzlara ümumiyyətlə ərəb və latın adları verilməyə başlandı. O dövrdə ulduzlar daha çox mifologiyalarla əlaqələndirilirdi. Ulduzlarda baş verən hər bir hərəkət mifologiyada Tanrıların yaratdığı hər hansı bir vəziyyətlə əlaqələndirilirdi. Xüsusilə yunan mifologiyasında ulduzların xüsusi yeri vardı.

Mənbə: bilgihanem

Tərcümə etdi: Aynur Mikayılova

Paylaş
Şərh əlavə et