
Oyun, ilk olaraq, 2019-cu ilin oktyabrında Layihə A olaraq elan edilib və League of Legends tərtibatçısı Riot Games bir neçə ay sonra onu rəsmi olaraq Valorant elan edib. Bu, Overwatch, Counter-Strike: Global Offensive və təbii ki, League of Legends elementlərini özündə birləşdirən post-modern bir oyundur.
Bu, bir komandanın hücum etdiyi və digərinin müdafiə etdiyi FPS oyunudur. Hər komandada 5 nəfər olur. CS:GO ilə oxşardır. Hücum edən komandanın məqsədi bomba yerləşdirmək və onu partlatmaqdır, müdafiə edən komanda isə saytı qorumalıdır. Düşmənlərin yerləşdirdiyi bomba spike adlanır. Spike valorantda oyunu qazanmağın üsuludur. Hücum edənlər spike qurmalı və onu 45 saniyə ərzində müdafiə etməlidir. 45 saniyə sonra Spike partlayacaq və böyük radiusda hamını öldürəcək, hücum edənlər qalib gələcək.
Mənbə: Digital Trends
Tərcümə etdi: Aminə Paşazadə
