Bu gün:

Uilyam Han kimdir?


Alman əsilli amerikalı romantik rəssam Uilyam Han 1829-cu ildə Saksoniyanın Ebersbach şəhərində anadan olub. Drezden Gözəl Sənətlər Akademiyasında və Düsseldorf Akademiyasında təhsil almışdır. Bundan əlavə, orada Lüdviq Richter tərəfindən dərs alıb və son kursunda Julius Hübnerin master-klassının tələbəsi olub.

1851-ci ildə Drezden sərgisində medal qazanıb. 1854-1855-ci illərdə Düsseldorf Rəssamlıq Akademiyasında və  ətrafında qalıb. Düsseldorf rəssamlıq məktəbinin dairələri və üslubu ilə tanış olub və fiqurların və heyvanların rəsmini dərinləşdirib.


Şotlandiyalı rəssam Uilyam Kit ilə tanış olub və dostluq edib və  Kitlə birlikdə ABŞ-a köçüb. Burada əvvəlcə Bostonda iki ayrı studiya qurduqdan sonra sənətçi Kaliforniyaya köçüb.

1870-ci illərdə San Francisconun bədii həyatında fəal iştirak edib. Beləliklə, yerli bohem klubunun və San Fransisko İncəsənət Dərnəyinin üzvü olub. 1876-cı ildə eyni dərnəyin prezidenti olub. San-Fransiskodakı evindən Kaliforniya, Nevada və Alyaskaya təlim səfərlərinə gedib.


1878-ci ildə San-Fransiskoda incəsənət bazarı tənəzzülə uğrayanda o, Nyu-Yorka köçüb və burada Milli Dizayn Akademiyasında və Bruklin incəsənət Assosiasiyasında sərgilənib. 1879-cu ilin sonunda San Fransiskoya qayıdıb.

Mənbə: istanbulsanatevi

Tərcümə etdi: Aysu Əsədova

Paylaş
Şərh əlavə et