Bu gün:

Lindsay Bernard kimdir?


Avstraliyalı rəssam Lindsay Bernard Hall 1859-cu ildə Liverpulda anadan olub. Yaxşı təhsilli və mədəni bir ailədə böyüyüb. Cənubi Kensington İncəsənət Məktəbində, daha sonra Antverpen və Münhendə təhsil almışdır. Bir müddət Londonda işləyib. İlk əsərləri Kral Akademiyasında sərgilənib və yeni İngilis incəsənət klubunun üzvlərindən biri olub.

1891-ci ildə George Frederick Folingsbynin ölümündən sonra Melburndakı Viktoria Milli Qalereyasının direktoru təyin edilib və 1892-ci ildə vəzifəyə başladı. 1894-cü ildə Elsinore Mary Shooter ilə evlənib.


43 il ərzində Viktoria İncəsənət Məktəbinin Milli Qalereyasında Avstraliyanın bir çox məşhur sənətçilərini yetişdirib.

O, həmçinin qalereya və İncəsənət Muzeyinin satınalma üzrə Qəyyumlar Şurasının üzvü olub. 1905-ci ildə alış-veriş etmək üçün İngiltərəyə gedib. Qayıdandan sonra Sənət Muzeyində yer tapa biləcək hər şey haqqında məsləhət verib.

Bu məsələlərdə mütəxəssis olmadığını bildirsə də, vəzifəsini uğurla yerinə yetirib və nisbətən az səhv edib. Öz rəsmləri  çılpaq və ya natürmort olub. Viktoriya dövrü sənətkarlarının və digər cəmiyyətlərin sərgilərinə tez-tez qatılıb və bir çox fərdi sərgiyə ev sahibliyi edib.


Mənbə: istanbulsanatevi

Tərcümə etdi: Aysu Əsədova

Paylaş
Şərh əlavə et