Bu gün:

Luca Giordani kimdir?


İtalyan barok rəssamı Luca Giordano 1634-cü ildə Neapolda anadan olub. 1650-ci ildə Riberanın tələbəsi olub. Daha sonra Roma, Venesiya və Parmada çalışıb və bu müddət ərzində diqqətlə hazırlanmış barok üslubunu inkişaf etdirib.

Yetkinlik əsəri Paul Veronese və Pietro da Cortonun əsərlərinin parlaq və detallı şematizmi ilə sintezinə bənzəyir. Rəngin parlaq istifadəsi də diqqət çəkir.

1682-1683-cü illərdə Florensiyada bir neçə fresk seriyası çəkib. Corsini kilsəsinin ibadətgahı, keçmiş Medici sarayı üçün Riccardiana Kitabxanası (ilahi Hikmətin alleqoriyası) və Deca Palazzoda Medici-Riccardi arasında qalereya tavanı bunlar arasındadır.

1692-ci ildə II Henry Çarlzın dəvəti ilə İspaniyaya gedib. 1702-ci ildə II Çarlzın ölümündən sonra Neapola qayıdaraq on il orada qalıb. İspaniyada olarkən Buen Retiro sarayı, El Escorial və Toledo Katedralinin girişi üçün geniş miqyaslı işlər görüb.


1702-ci ildə Neapola qayıdan Giordano məhsuldar işinə davam edib. Daha yüngül və daha az ritorik üslubda hazırlanmış sonrakı əsərlər on səkkizinci əsrdə təsirli olub.


Mənbə:  istanbulsanatevi

Tərcümə etdi: Aysu Əsədova

Paylaş
Şərh əlavə et