
Bakının, xüsusən də “İçərişəhər”in ən möhtəşəm və sirli məkanı Qız Qalasıdır. Onun bütün Şərqdə analoqu yoxdur və Bakının danışılmamış simvoludur.
Qüllənin hündürlüyü 28 metrdir və o, İçərişəhərdə köhnə Bakı şəhərinin ən hündür binasıdır. Maraqlıdır, Qız Qalası, demək olar ki, Xəzər dənizinin sahilində, dəniz səviyyəsindən aşağı -28 metr hündürlükdə yerləşir.
Qız qalasının divarlarının öz sirləri var. Belə ki, qüllədə 21 metr dərinliyi olan bir quyu var, hələ də təmiz şirin su var. Divarlarda gil borular da var ki, onlardan çirkab suları çıxarmaq üçün istifadə olunub.
Qala niyə tikilib?
Sahəsi kiçik olduğu üçün müdafiə üçün az istifadə olunub. Dar pəncərə açılışları düşməni dəf etməyə xidmət etməyib. Çox güman ki, qüllə əvvəlcə zərdüştilərin od məbədi kimi tikilib: sonra insanlar basdırılmayıb, lakin cəsədlər yırtıcı quşlar tərəfindən parçalanmağa məruz qalıb.
Artıq XII əsrdə “Qız qalası” Şirvanşahların ən güclü qalalarından biri idi. 18-19-cu əsrlərdə Qız qalası mayak kimi istifadə edilib.
Qüllənin sirri onun adı ilə bağlı bir çox əfsanələrin yaranmasına səbəb olmuşdur. Onlardan birinin dediyinə görə, şah öz qızına aşiq olub və onunla evlənmək qərarına gəlib. Atasının qarşıdan gələn evliliyindən dəhşətə gələn və onu fikrindən daşındırmaq istəyən qızı iddiaya görə, razılıq verə bilməsi üçün bir qüllə tikməyi xahiş edbi. Qüllə hazır olanda şah qərarını dəyişməyib. Və sonra qız qülləyə qalxaraq özünü oradan dənizə atıb.
Qala bir neçə dəfə bərpa olunub. Hazırda onu əhatə edən böyük bir bazar meydanında yerləşir. 2000-ci ildən YUNESKO-nun abidələri siyahısına daxil edilib.
Mənbə: advantour
Tərcümə etdi: Səmayə Qədirova
