
Kosta-Rika yaxınlığında Sakit okean sahilində yerləşən Isla Nublar adası düz 22 il əvvəl Jurassic World hekayəsinin başlanğıcına ev sahibliyi etmişdir. John Hammond tərəfindən qeyri-adi park layihəsi hazırlanmış, illər sonra həyata keçirilmişdir və nəticədə dinozavr temalı park yaradılmışdır, ancaq illər keçdikcə ziyarətçilərin sayının azalması Jurassic World adlanan bu parkın sahibi Simon Masrani və onun köməkçiləri üçün böyük problemə çevrilir. Ona görə də ziyarətçilərin marağını artırmaq üçün riskli plan həyata keçirirlər.
Simon Masraniyə məxsus şirkət parkdakı dinozavrların genlərindən yeni bir dinozavr növü yaratmağa qərar verir, lakin bu plan ada sakinlərinin həyatını təhlükəyə atacaq ciddi təhlükə ilə nəticələnir.
Mənbə: Cumhuriyet
Tərcümə etdi: Tahirə Bağırzadə
