Bu gün:

The Beatles qrupu niyə dağıldı?


Britaniyanın The Beatles musiqi qrupunun üzvlərindən biri Pol Makkartni qrupun 50 il dağılmasının günahını öz üzərinə götürüb. Bu ittihamların mərkəzində onun 1970-ci ildə buraxılmış solo albomunun əsasında “Beatles” qrupuna “fasilə verdiyi” ifadəsi dayanırdı.

79 yaşlı rok əfsanəsi o vaxt verdiyi müsahibədə "Yaxın gələcəkdə Lennon-McCartney duetinin yenidən mahnı yazacağını qabaqcadan görə bilmədiyini" söylədi. Amma BBC-yə verdiyi son müsahibəsində o, ayrılma prosesinin Con Lennon tərəfindən başladığını bildirib. BBC Radio 4-də Con Uilsonla danışan Makkartni, "Ayrılmanın təşəbbüskarı mən deyiləm. Bunu edən bizim Conni idi."

Makkartni, Lennonun bir gün otağa girdiyini və "Bitlzdən ayrılıram. Bu, çox qəribədir. Demək olar ki, boşanmağa bənzəyir" dediyini və bundan sonra vəziyyəti düzəltməyin onlara aid olduğunu söylədi.

Lennon getməsəydi, qrupun albomlarını davam etdirə biləcəyini deyən Makkartni o dövrlə bağlı bunları deyir:

"Con Yoko ilə istədiyi həyatı yaşamaq istəyirdi və... Məsələn, sülh üçün etiraz etmək üçün Amsterdamda bir həftə çarpayıda yatmaq istəyirdi. Buna necə etiraz edə bilərsən... Bu mənim həyatımın ən çətin vaxtı idi".

Paul McCartney qrupun ayrılma prosesi ilə bağlı çaşqınlığın mənbəyi kimi o zamankı meneceri Allen Klein-i də göstərdi. O, Kleinin bəzi düzəlişlər etmək üçün vaxt istəməsinin prosesi daha da pisləşdirdiyini müdafiə etdi: 

"Bir neçə aydır heç nə olmamış kimi davranmalı olduq" deyən ulduz,-"Çox qəribə idi. Biz Beatles-in bitdiyini bilirdik",- dedi, amma bunu deyə bilmədik”.

Paul McCartney qrupun digər üzvlərinə qarşı "Klein-in onların musiqiləri üzərində hüquqlarının qarşısını almaq üçün" iddia qaldırdı və aralarındakı müqaviləli iş müqaviləsinə xitam verilməsini tələb etdi. BBC radiosunun yayımçısı Wilson-a bu prosesi izah edən McCartney,-"Mən döyüşməli idim və tapa biləcəyim yeganə yol Klein ilə birlikdə hərəkət edən digər üzvləri məhkəməyə vermək idi",-dedi.

Qrup üzvlərinin illər sonra ona təşəkkür etdiyini də deyən rok əfsanəsi,-"Amma ayrılma prosesini mən başlatmadım",-deyib.

Makkartni daha əvvəl demişdi ki, bu iddianı qaldırmasaydı, arxiv materiallarından ibarət olan The Beatles Anthology və Get Back kimi sənədli filmləri çəkilməzdi.

Mənbə: listelist.com

Tərcümə etdi: Aydan İbrahimli

Paylaş
Şərh əlavə et