Mətbəxinin mərkəzinə düyü qoyan bir mədəniyyətin yemək yeyərkən iki uzun çubuqdan istifadə etməsi qəribə deyilmi?
Düyü əsaslı bir ölkədə insanlar iki uzun çubuqla yemək haqqında gülməli zarafatlar etsələr də, yemək çubuqları Çin mətbəxinin üslubuna çox uyğun gəlir. Çünki ölkənin hər yerində və dünyanın saysız-hesabsız Çin restoranlarında özünə yer tapan çubuqların çox qədim və seçilən tarixi var.

Çubuqların ilk dəfə Çində təxminən eramızdan əvvəl 1200-cü ildə Şan sülaləsi dövründə istifadə edildiyi güman edilir. Sülalə dövründə dünya tarixinə fal yazıları kimi çox əhəmiyyətli tarixi qalıqlar qalmışdır. Bu erkən yemək çubuqları tuncdan hazırlanırdı və daha çox yeməkdə istifadə olunurdu. İndiki çubuqlardan xeyli uzun olan bu tunc alətlər qaynar yağla doldurulmuş qabların dərinliklərinə çatmaq üçün istifadə olunurdu. Təxminən minillikdə bu, çubuqların əsas funksiyası idi. Yalnız eramızın 400-cü illərinə qədər çubuqlar qısaldılmış və yemək üçün istifadə edilmişdir.
Çin əhalisi sürətlə artdı və resurslar kifayət deyildi. Bu dövrlərdə aşpazlar ətdən qənaətlə istifadə etmək üçün onu kiçik parçalara ayırmağa başladılar. İstifadəçilər də çubuqları bu ölçülü ət parçalarını boşqabdan ağıza ötürməyin ən asan yolu kimi görməyə başladılar.
Bu kiçik, küt mətbəx qabı uzun müddət əvvəl vegetarian Konfutsi tərəfindən reklam edilən məşhur bir qaba çevrilmişdi. Konfutsi izah edirdi ki, bıçaq kimi iti mətbəx alətlərindən istifadə edilməməlidir. Konfutsinin təliminə görə, bıçaq yeyənə ət boşqaba çatana qədər başına gələn amansız hadisələri xatırladırdı. Çubuqların ucları bıçaq kimi deyildi, küt idi və buna görə də insanlara kəsimxanaları xatırlatmırdılar.
Bizim eranın 500-cü ilində yemək bişirmək üçün çubuqlardan istifadə Yaponiya və Vyetnam kimi qonşu ölkələrə yayıldı və onun dizaynı yerli zövqlərə uyğunlaşdırıldı. Çubuqlar Yaponiyada kişilər, qadınlar və uşaqlar üçün müxtəlif ölçülərdə istehsal edilmişdir. Vyetnamda çubuq hazırlamaq üçün tunc və ya çini əvəzinə xurma ağacından istifadə edilirdi.
1878-ci ildə birdəfəlik yemək çubuqlarını təqdim edən ölkə Yaponiya olsa da, bu yaradıcı dizaynın orijinal mənbəyi Çindir. Yapon çubuqları ilə Çin çubuqları arasındakı yeganə fərq, Yapon çubuqlarının bambukdan olması və köklərinin bir-birinə bitişik bir parça çubuq kimi istifadə edilməsi, Çin çubuqlarının isə iki müstəqil parçada istifadə edilməsidir.
Əvvəldə qeyd etdiyimiz məsələyə də aydınlıq gətirək: Asiyada yeyilən düyü növləri bizim yediyimiz kimi xırda-xırda deyil, böyük hissələrdə bişirilir və düyünü çubuqla ağzınıza qoymaq daha asan olur.
Mənbə: m.haberturk.com
Tərcümə etdi: Günay Ələsgərova
