Bu gün:

Hollandiya, yoxsa Niderland?



Hər şeydən əvvəl cavab verilməli ən vacib sual Hollandiya və Niderlandın eyni yer olub-olmaması və iki adın bir-birini əvəz edə bilməsidir.

Beynəlxalq səviyyədə Hollandiya rəsmi olaraq Hollandiya Krallığı kimi tanınan ölkəyə istinad etmək üçün çox istifadə olunur. 

Həmçinin bu ölkədə olan zaman Hollandiyalı futbol azarkeşlərinin məsələn, “Hup Holland Hup” qışqıraraq milli komandanı alqışladığını görə bilərsiniz.

Beləliklə, sualınıza tez və asan cavab axtarırsınızsa, cavab bəli, bir növ eynidir. Həm Hollandiya, həm də Niderland Hollandiya Krallığına istinad etmək üçün istifadə edilmişdir (və istifadə olunur). Beləliklə, kimsə ilə danışırsınızsa və bu terminlərdən birini (və ya hər ikisini) istifadə edirsinizsə, demək olar ki, 17 milyondan çox insanın ev adlandırdığı bu olduqca kiçik, son dərəcə düz ölkəni nəzərdə tutduqları dəqiqdir.

Mənbə: avrupada nl
Tərcümə etdi: Sevil İsmayılova

Paylaş
Şərh əlavə et