Bu gün:

Fransaya getməzdən əvvəl bu 10 şeyi bilməliyik



 1. “Fransızlar ingiliscə danışmırlar”.  Əfsanəsi tamamilə doğru olmasa da, bəzi hallarda doğru sayıla bilər. Hər ehtimalı nəzərə alaraq, özünüzlə qısa söhbət bələdçisi kimi bir kitabça daşıya bilərsiniz.
 2. Fransızlar, xüsusən də axşam yeməyinə uzun saatlar sərf edir və bu işə ciddi yanaşırlar. Ona görə də axşam yeməyində çox sürətli xidmət gözləməyin.
3. Metroya minərkən və metrodan çıxana qədər biletinizi birdəfəlik olsa belə, atmayın. Metrodan çıxarkən onu yenidən skan etməli olacaqsınız.
 4. Səhər yeməyinə çox böyük ümidlər bəsləməyin. Təkliflərin çoxu kruvasan, çörək və yağdan ibarətdir.
 5. Marketlərdən baget və fransız pendirlərini alın və piknik naharından həzz alın.
 6. Büdcənizə uyğun olarsa, Fransadakı tətilinizdən əvvəl "Michelin ulduzlu" restoranda rezervasiya edin.
 7. Avqust fransızlar üçün tətil vaxtıdır.  Bu ayda bağlı mağazalarla rastlaşa bilərsiniz.
 8. Eyni anda bir neçə şəhərə səfər etməyi planlaşdırırsınızsa, yəqin ki, qatarla səyahət etməyi düşünürsünüz. Qatarların ucuz olduğunu düşünürsünüzsə, böyük səhv edirsiniz. Səyahətinizi planlaşdırmazdan əvvəl qatar biletlərini yoxlayın və mümkün qədər əvvəlcədən alın.
 9. Fransızların ünsiyyətdə bəzi sərt qaydaları ola bilər. Tanımadığınız insanlarla danışarkən onlara madam, müsyö və ya madamuzel kimi müraciət etməyi, mağazaya girdiyiniz zaman salam verməyi unutmayın.
 10. Fransızlar nadir hallarda ət yeyirlər.  Əgər az bişmiş əti yeyə bilmirsinizsə, sifariş verərkən yaxşı bişmiş ət istədiyinizi vurğulayın.


Mənbə: Seyahatim
Tərcümə etdi: Tahirə Bağırzadə

Paylaş
Şərh əlavə et