Bu gün:

Rio karnavalı


Rio Karnavalının tarixi çox zəngindir.  Karnavallar əsrlər boyu yunanlar tərəfindən şərab tanrısının şərəfinə keçirilən kütləvi şənlik forması olub. Portuqaliya festivalı olan "Entrudo"nun Rio Karnavalına təsir etdiyi deyilir. İlk Rio Karnavalı 1840-cı ildə keçirilmişdi, iştirakçılar 1917-ci ildə başlayan sambaya qədərki həmin dövürdə polka və vals rəqsi edirdilər. 

Karnaval termininin 'ətlə vidalaşma' mənasını verən Carne Vale-dən gəldiyi deyilir. Rio Karnavalını bir həftəlik qeyd etmələri indi ən məşhur tədbirlərdən biridir və Sambadrome daxil olmaqla bütün şəhərdə keçirilən samba paradları dünyada milyonlarla insan tərəfindən izlənilir. 4 gün ərzində Rio Karnavalına ev sahibliyi edən stadionda on iki samba məktəbi çempionluq titulu uğrunda mübarizə aparır.
Mənbə: Rio Carnaval
Tərcümə etdi: Tahirə Bağırzadə

Paylaş
Şərh əlavə et