Bu gün:

"Disneyland"in qurulması


Uolt Disney heç vaxt əldə etdikləri ilə kifayətlənmirdi. Kinofilmlər və televiziya proqramları daha çox uğur qazandıqca, o, fərqlənmək və adının daha çox yayılması qərarını aldı. 

Onun diqqətini çəkən sahələrdən biri də əyləncə parkları idi. O, bir ata olaraq iki azyaşlı qızını zooparklara, karnavallara və digər attraksionlara aparırdı, lakin onlar karuselə minərək əyləndikləri zaman müddətində həmişə skamyada oturardı. O, hiss etdi ki, valideynlərlə uşaqların birlikdə gedib əylənə biləcəyi bir parka ehtiyac var. Bu "Disneyland"ın doğulması idi. 

Bir neçə illik planlaşdırma və tikintidən sonra park 1955-ci il iyulun 17-də açıldı. "Disneyland" tamamilə yeni tipli bir park idi.  Müşahidəçilər “tema parkı” ifadəsini işlədirlər. Açıldığı gündən bəri qurulan hər bir əyləncə parkı üçün nümunə kimi istifadə edilmiş, beynəlxalq şöhrət qazanmış və yüz milyonlarla ziyarətçini özünə cəlb edib. Uolt Disney dünyada təxəyyül qaldıqca "Disneyland"ın heç vaxt tamamlanmayacağınıvə daima yenilənəcəyini söyləmişdi.

Mənbə: Marka Fikirleri
Tərcümə etdi: Tahirə Bağırzadə

Paylaş
Şərh əlavə et