
Yaponiyada şokolad mədəniyyəti 1853-cü ildə ABŞ qoşunları Tokio limanına üzdükdən və yaponları ticarət üçün öz limanlarını açmağa məcbur etdikdən sonra başlayıb.
ABŞ-ın Yaponiyanı işğalı zamanı ABŞ əsgərləri tez-tez uşaqlara şokolad çubuqları atdırdılar. Bundan sonra yaponlar şokolad istehsal etməyə başladılar. İddialara görə, bu səbəbdən yapon uşaqlarının öyrəndiyi və işlətdiyi ilk ingiliscə ifadələrdən biri “mənə şokolad ver!” olub.
Hazırda Yaponiyada şokolad mədəniyyəti sürətlə inkişaf edir. Böyük Britaniyada olduğu kimi, Yaponiyada da Sevgililər Günündə romantik bir jest olaraq şokolad hədiyyə etmək adi haldır. Bununla belə, şokolad mədəniyyəti Yaponiyada bir qədər fərqlənir. Sevgililər Günündə sadəcə qadınlar kişilərə şokolad hədiyyə edə bilər.
Bir qadının verə biləcəyi iki növ şokolad var; biri qeyri-romantik şəkildə dostlara və ailəyə verilən hazır “giri-choco”dur. Digəri "honmei-chocos" adlanır və sevgiliyə verilir. Bu şokoladlar giri-choco ilə müqayisədə, daha dəbdəbəli və bahalıdır.
Bununla belə, son illərdə qadınlar giri-choco (romantik olmayan) ənənəsinə qarşı etiraz etməyə başlayıblar , qadınlar dostları, ailələri və həmkarları üçün şokoladlara pul xərcləməyə məcbur olmaq istəmirlər. Bəzi şirkətlər qadınların kişi həmkarlarından şokolad almaq üçün təzyiq hiss etmələrinin qarşısını almaq üçün bu praktikanı qadağan etməyə başlayıb.
Artıq Yapon qadınlarının 60℅-i fevralın 14-də kişilər üçün şokolad almaq əvəzinə,
şokoladları özü üçün alır.
Mənbə: hotelchocolate.com
Tərcümə etdi: Bənövşə Bağırova
