Bu gün:

Yunan mifologiya sənətinin qoruyucuları sayılan "Doqquz ilham pərisi"


İnsan oğlu mövcud olduğundan bəri  "ilk insan kimdir,  biz haradan gəlmişik, öləndə nə baş verir,  dünya necə yaranıb?"  bu kimi suallar həyatın təməl sirləri üçün rasionallaşdırma rolunu oynayırdı.  Beləliklə,  miflər bu suallara cavab verməklə hər bir nəsil üçün kompas rolunu oynamışdır.

 Miflər bir çox fərqli məqsədlərə xidmət etdiyindən tək bir qənaətbəxş tərif vermək mümkün olmasa da,  onun əsas məqsədinin açıqlanmayan sualları cavablandırmaq olduğunu söyləmək olar.  Bu günə qədər gəlib çatmış rəsmlərdəki mifoloji səhnələr qədim miflərin,  xalq nağıllarının,  əfsanə və adət-ənənələrin süjet və personajlarını təsvir edir.  Bununla da, rəssamlar  mifoloji səhnələr vasitəsilə tamaşaçıların təxəyyülünü zənginləşdirirlər.



Bizə dünyəvi həyat sürən çoxlu tanrılar, həmçinin, qəhrəmanlar təqdim edən Qədim Yunan və Roma mədəniyyəti də rəssamların təxəyyülünü heyran etmişdir.  Xristianlıqdan əvvəlki dövrdə heykəltəraşlar tərəfindən yaradılmış tanrıların,  ilahələrin və qədim yunan qəhrəmanlarının təsvirləri İntibah ustaları,  sürrealistlər və konseptual rəssamlar üçün ilham mənbəyi olmuşdur.  Miflər elə cəlbedici hekayələrdir ki,  rəssamlar onları öz təcrübələrindən,  təsəvvürlərindən və perspektivlərindən istifadə edərək dəfələrlə şərh ediblər.  Niyə və necə yaradılmasından asılı olmayaraq,  rəssamların yaratdığı hər bir yeni obraz mifləri anlamaq və ya şərhimizə yeni ölçü əlavə etməyimizə kömək edir.


İntibah dövrü rəssamları antik sənətin estetik qanunlarından istifadə edərək  insanın və cəmiyyətin əxlaqi-əxlaqi problemlərini izah etmək üçün nağıllardan istifadə etməklə əsərlərini gizli şifrələrlə təsvir etmişdilər.  18-ci əsrdə mifoloji səhnələr milli ideologiyanın bir hissəsinə çevrilərək  ictimai və siyasi çalarlara sahib olmağa başladı. Generalları və hökmdarları qədim tanrılar kimi göstərən rəssamlar dövlət hadisələrini müharibə və ya janrın “səmavi” səhnələri vasitəsilə təsvir edirdilər.  19-20 əsrlər ərzində slavyanların,  keltlərin,  hindlilərin və afrikalıların etnik motivləri və mədəniyyəti dəb halına gəlməsi ilə epik qəhrəmanlar və xalq nağıllarının personajları Olympus sakinlərini rəsmlərdən uzaqlaşdırmışdı.


Muzeylərdə gördüyümüz bəzi əsərləri daha yaxşı başa düşmək üçün sənət tarixinə böyük təsiri olan yunan mifologiyasından bəzi nümunələr təqdim edirik.

Yunan mifologiyasında sənətin keşikçiləri kimi tanınan doqquz muza var.  Bu pərilər elmdən sənətə qədər hər cür kəşfiyyat və yaradıcılığa ilham verib.  Zevs və Mnemosyne tanrılarının qızları bu doqquz ilham pərisini ovsunlamaq üçün doğulublar.


 Epik poeziyanın ilham pərisi Calliope - Adı qədim yunan dilindən "gözəl səs" kimi tərcümə olunur.  İncəsənət əsərlərində  tez-tez üzərində məşhur şeirlərin yazıldığı lövhə ilə təsvir edilir.

 

Tarixin ilham pərisi Clio - Adı qədim yunan dilində "məşhur etmək" deməkdir.  İstər qəhrəman,  istər şair,  istərsə də siyasətçi olsun,  hər kəsi əbədiləşdirmək gücünə malikdir.  Bu, qəhrəmanın hərəkətlərini yüz illər boyu xatırlanacaq qədər unudulmaz şəkildə edir.


Ən çox eşq ağrısı və sədaqətə ilham verən pəri Erato - Sevginin və lirik şeirlərin ilham pərisidir.


Musiqi və lirik şeirin ilham pərisi Euterpe - Euterpenin bəşəriyyətin musiqidən həzz alması üçün iki borulu fleyta və digər nəfəs alətlərini icad edib.


Tragediya ilham pərisi Melpomene - Bədii əsərlərdə  əlində xəncər,  qılınc,  faciəvi maska və ya matəm ifadəsi ilə təsvir edilmişdir.

 

Polihimniya - müqəddəs poeziya və natiqlik ilhamı pərisidir.


Rəqs və xor mahnılarına hakim olan ilham pərisi Terpsichore - Adı qədim yunan dilində "rəqsdən həzz almaq" deməkdir.

 

Komediya ilham pərisi Thalia - Adı qədim yunan dilində "festival" deməkdir.  O, əsərlərində komediya maskası ilə təsvir edilir.


Astronomiya ilham pərisi Uraniya - Onun adı qədim yunan dilindən tərcümədə "səmavi" deməkdir və yüngül səsə və xoş xasiyyətə malik olduğu qeyd edilir.  İncəsənət əsərlərində qlobusla təsvir edilmişdir.  Uraniya insanlara öz vaxtlarından kənara çıxmağa kömək etmək üçün elmi düşüncəni ilhamlandırmaq gücünə malikdir. Başındakı ulduzlu tac onun astronomik biliklərə malik olduğunu simvollaşdırır.


Musaların təsiri təkcə qədim Yunanıstanda deyil bir çox dövrləri də əhatə etmişdir. Bu gün "muse" termini "ilham verən şəxs" mənasında inkişaf edib və buna görə də rəssamlar sənətlərinə ilham verən öz modellərini,  həyatlarında olan insanları "ilham pərisi" adlandırıblar.


Mənbə: Onedio.com

Tərcümə etdi: Fatimə Mustafayeva

Paylaş
Şərh əlavə et