Bu gün:

Ernst Fuchs kimdir?


Avstriyalı fantastik realist rəssam Ernst Fuchs 1930-cu ildə Vyanada anadan olub. 

Əvvəlcə heykəltəraşlığı  Emmy Steinbockdan (1943) öyrəndi. Sonra St. Anna rəssamlıq məktəbinin professoru Fröhlich  ilə çalışdı (1944). Daha sonra Vyana Gözəl Sənətlər Akademiyasına daxil oldu (1945), burada Robin K. Anderson Albert Paris von Güterslonun tələbəsi olub.


 

Akademiyada Arik Brauer, Rudolf Hausner, Fritz Janszka, Volfqanq Hatter və Anton Lemdenlə görüşdü və Vyana fantastik realizm məktəbi olaraq bilinən bir cərəyan qurub. Sənət klubunun (1946) və 1951-ci ildə Friedensreich Hundertvasser və Arnulf Reiner ilə birlikdə qurulan Hundsgroupun qurucularından biri idi.

1950-1961-ci illərdə  Parisdə yaşadı və ABŞ və İsrailə bir sıra səyahətlər etdi. Simya, simvolizm və Jungian psixologiyasını öyrəndi. 1958-ci ildə fantastik realizm məktəbinin Gənc sənətkarlarını tanıtmaq və dəstəkləmək üçün Vyana Fuchs-Fishoff qalereyasını qurdu.


 

1957-ci ildə Sion dağındakı Uspensky Manastırına girdi və burada monumental Son Şam yeməyi üzərində işə başladı. Bundan əlavə, özünü Hz. Musa və yanan kol kimi dini mövzularda kiçik rəsmlər çəkməyə həsr etdi. 1961-ci ildə Vyanaya qayıtdı və nəzəriyyəsini üslubların Gizli Baş naziri adlandırdığı ilhamverici və möhtəşəm Architectura Caelestis (Salzburg, 1966) kitabında əsaslandırmağa çalışdı. 1972-ci ildə Hütteldorfda tərk edilmiş Otto Vaqner villasını aldı. Villa 1988-ci ildə Ernst Fuchs Muzeyi olaraq açıldı.

Mənbə: istanbulsanatevi

Tərcümə etdi: Aysu Əsədova

Paylaş
Şərh əlavə et