Bu gün:

Domenico Fetti kimdir?


İtalyan barokko rəssamı Domenico Fetti 1589-cu ildə Romada anadan olub.

1604-1613-cü illər arasında Romada Ludovico Chigoli və ya tələbəsi Andre Commodiyə şagirdlik etdiyi düşünülür.

Daha sonra Mantuada 1613 ilə 1622  arasında çalışdı. 1622-ci ildə Venesiyaya köçdü. Kardinalı Duke  Ferdinando I Gonzaga  tərəfindən himayə edildi. 


 

Venesiya dövründə qəbul edilən mannerizm üslubuna baxmayaraq, 1620-30-cu illərdə üç “əcnəbi” adlandırılan Roma barokunun təsiri Fetty, Bernardo Strozzi və Jan Lys üstələməyə başladı. Caravaggionun realizminin və monumentallığının gücünü zəngin Venesiya çalarlarına uyğunlaşdırdılar.

Onun rəsm tərzi Rubensdən təsirlənmiş kimi görünür. Venesiyada əla bir müştəri dairəsi yaratdı. Rəssamın üslubu Venesiyalı  Pietro Della Vecchia və Sebastiano Mazzoneyə təsir edəcək. Mantuadakı şagirdləri Francesco Bernardi (Ile Bigolaro) və Dionisio Gerry idi.

Mənbə: istanbulsanatevi

Tərcümə etdi: Aysu Əsədova

Paylaş
Şərh əlavə et