Bu gün:

Seriallarla ingilis dilini necə inkişaf etdirmək olar?


Keyfiyyətli vaxt keçirmək və dil biliklərinizi təkmilləşdirmək istəyirsinizsə, ingiliscə seriallara hər gün 20 dəqiqə vaxt ayırmanızı tövsiyə edirik. Dil biliyinizi, danışığınızı inkişaf etdirəcək ən rahat 3 serialı sizə təqdim edirik:

1.  "Friends"
Bütün zamanların ən populyar sitcomlarından biri Seinfeld, digəri isə, şübhəsiz ki, Friends-dir. Uşaqlıq dostları Monika və Reyçel, Monikanın böyük qardaşı Ross, Rossun kollecdəki otaq yoldaşı Çandler... Çandlerin otaq yoldaşı Coey və Monikanın köhnə dostu Phoebe. Keçmişləri birtəhər kəsişən bu 6 dostun yediyi, içdiyi bir yerdə gedir. Möhtəşəm yumor və dostluq bağlarının iç-içə keçdiyi serialdakı personajlar 10 sezonu əhatə edən hekayə boyu tamaşaçı ilə birlikdə böyüyür və yetkinləşirlər.

2. "Stranger Things"
80-ci illərin fonunda olan Stranger Things dövrün qorxu filmlərinə hörmətlə yanaşan fantastik triller serialıdır. Baş rollarda Winona Ryder, David Harbor və Cara Buononun çəkildiyi serial itmiş gənc oğlandan və anasının onu tapmağa çalışmasından bəhs edir.

3. " How I met your mother"
2030-cu ildəyik. Ted Mosbi uşaqlarına anaları ilə necə tanış olmasının "uzun" hekayəsini danışır və birdən biz 2005-ci ildə Amerikaya qayıdırıq, burada beş ən yaxşı dostun 20 yaşlarında əyləncəli həyatlarını yaşayırıq.
Ted Manhettendən olan 27 yaşlı memardır. Hüquq fakültəsində oxuyan Marşal onun ən yaxın dostudur və doqquz ildir birlikdə olduğu Lili adlı bir sevgilisi var. Komandanın sonuncu üzvü Barney Stenson kostyumlara həvəsi olan unikal qadın düşkünüdür. Bir gün Marşal Tedə Liliyə evlilik təklifi edəcəyini deyəndə subay qalmaq istəməyən Ted əsəbiləşir. Ancaq o, evliliyin yalnız kimsə ilə olmayacağına və həyatının əsl sevgisini tapacağına inanır.

Məktəbdən dostluq edən Carter Bays və Craig Thomas tərəfindən yaradılan serial, zaman səyahəti, personajların gündəlik həyata əks etdirmələri və kişi-qadın münasibətlərinə baxışı ilə son dövrün ən məşhur komediya sitcom istehsallarından biridir.

Mənbə: onedio.com
Tərcümə etdi: Aydan İbrahimli

Paylaş
Şərh əlavə et