Bu gün:

Anton Azbe kimdir?



Slovak realist rəssamı Anton Azbe 1862-ci ildə Gorenje-vas-Polyana şəhərində anadan olub. Sənət təhsilinə Lyublianada Janez Volfun tələbəsi olaraq başladı. 1882 – ci ildə Vyana İncəsənət Akademiyasına, 1884-cü ildə Münhen Akademiyasına getdi.

Burada əntiq kursuna, daha sonra Lüdviq von Leffz ümumi rəsm fakültəsinə keçib. Professor Şandor Vaqnerin xüsusi tələbələri olduqdan sonra 1892-ci ildə Vesel və Riçard Yakopiç Azbeyə tələbə rəsmlərini öyrənmək və düzəltmək üçün iş təklif etdilər.

İki ay sonra yeni şagirdlərin gəlişi Azbeni Azbe məktəbini açmağa sövq edib. Türkenstrassedə qısa bir müddət qaldıqdan sonra məktəb daimi qərargahına köçüb. Azbe daha sonra məktəb sinifləri üçün başqa bir bina icarəyə götürdü və Georgenstrassedəki xüsusi emalatxanasına köçüb.


 Məktəb heç vaxt şagirdsiz qalmayıb. Onun məktəbini 150-yə yaxın şagird bitirib. Mathei Sternen və Marianne von Verefkin, ilk növbədə Alexei von Yavlensky, təxminən on il məktəbdə oxudular. 1899-1900-cü illərdə İqor Qrabarı köməkçi kimi işə götürdüyü qısa müddət istisna olmaqla, yeganə müəllim olaraq qaldı. Sankt-Peterburqda çoxdan qurulmuş Münhen Akademiyası və İmperator Rəssamlıq Akademiyası Azbe məktəbini tanıdı və hazırlıq və ya “yeniləmə” kursu olaraq tövsiyə etdi.

Şagirdləri arasında Alexey von Yavlensky, İvan Yakovlevich Bilibin, Vasili Kandinsky, Carl Friedrich Lippmann, Francisca Grefyn zu Reventlou, Hans Huber-Sulzemus, Erma Bossi və Eugeniush var. Münhen sənət dairələrinin görkəmli simalarından biri olub.

Mənbə: istanbulsanatevi

Tərcümə etdi: Aysu Əsədova

Paylaş
Şərh əlavə et