Bu gün:

John Brett kimdir?


İngilis pre-rafaelist rəssam John Brett 1831-ci ildə Reyqeytdə anadan olub.

Atası on ikinci süvari alayının baytarlıq cərrahı olan Brettin 12 yaşı olanda alayın Detling məhəlləsinə köçməsi nəticəsində ailəsi ilə eyni bölgədəki bir kənddə yerləşib. Erkən yaşlarında Brett astronomiya və rəssamlığa eyni dərəcədə maraq göstərib.


1851-ci ildə C. D. Hardingdən rəsm dərsləri almağa başlayıb. Richard Redgrave ilə də işləyib.


1853-cü ildə Kral Akademiyasına daxil olub. Burada Ruskin və Uilyam Holman Huntun əsərlərindən təsirlənib. Ətraflı mənzərə işləri ilə tanınan sənətçi 1860-cı ildə İtaliyada tapılıb.


Sonra Aralıq dənizi sahillərində gəzib. Uşaqlıqdan astronomiyaya həvəs göstərən rəssam 1871-ci ildə Kral Astronomiya Cəmiyyətinin üzvü seçilib.


Mənbə: istanbulsanatevi

Tərcümə etdi: Aysu Əsədova

Paylaş
Şərh əlavə et