Bu gün:

Donald Curry Grant kimdir?


İngilis heyvan rəssamı Donald Curry Grant 1930-cu ildə North Shields, Northumberlandda anadan olub. Bədii istedadı ilk rəsmini doqquz yaşında olarkən ailə həkiminə satanda  ortaya çıxıb. Əsərləri fotoşəkillərə əsaslanan kinematik kompozisiyalardan istifadə etməklə məşhurdur.

Sənətçi satış qazancının çox hissəsini dünya miqyasında qoruma və vəhşi təbiət fondlarına fayda gətirmək üçün istifadə edib və bununla da heyvanların qorunmasına kömək edib. 

Afrika savannasını mütəmadi olaraq ziyarət edib və Afrika çəmənliklərinin işığını və atmosferini mükəmməl şəkildə əks etdirən bir çox rəsm çəkib. Aslanlar, çitalar, fillər və zebralar hamısı Grant tərəfindən ustanın mütləq çevikliyi ilə təsvir edilmişdir.

Rəssamın əsərləri 1973-1976–cı illərdə Londondakı Kral Akademiyasında və Nyu-York Milli İncəsənət Muzeyində sərgiləndi.


London, Nyu-York, Dubay və Monakoda sərgilər təşkil etdi. Bundan əlavə, onun əsərləri bütün dünyada böyük Şəxsi kolleksiyalardadır.


Mənbə: istanbulsanatevi

Tərcümə etdi: Aysu Əsədova

Paylaş
Şərh əlavə et