Bu gün:

Gustave Dore kimdir?


Fransız romantik rəssam, qravüraçı və illüstrator Gustave Dore 1883-cü ildə Strasburqda anadan olub. Karyerasına on beş yaşında ikən “Le Journal pour” adlı bir fransız jurnalında karikaturaçı kimi başlayıb.Daha sonra Rabelais, Balzac, Milton və Dante kitablarına illüstrasiyalar çəkib. O,  1846-cı ildə gəncliyində Parisə gələndə cəmiyyətdə tez bir zamanda möhkəmlənməyi bacarıb.


 İllüstrator kimi istedadı 1847-ci ildə Parisdə çıxan ilk litoqrafik albomunda özünü göstərib. Üç il ərzində Dor Redaktor Charles Philipon ilə karikaturaçı kimi çalışıb.

1854-cü ildə “Rabelais əsərləri və Müqəddəs Rusiyanın dramatik və karikatura sənəti olan pittoresk tarixi”adlı ilk nəşri nəşr olunduqda illüstrator kimi kritik bəyənmə qazandı. Dore epik rəsmlər, nəhəng heykəllər, çoxsaylı izlər və suluboyayla əsərlər yaratdı və bir çox salonlarda sərgiləndi.


 



Bir illüstrator kimi görkəmli qabiliyyətləri və nailiyyətləri əsərlərində xəyali səhnələrdə və fantaziya üslubunda özünü göstərir. Bu nailiyyət Fəxri Legion Cavalier və Fəxri Legion zabiti tərəfindən yüksək qiymətləndirildi və müsbət rəylər aldı.


 



İngilis  Rəssam 1868-1879-cu illər arasında Londonda tez-tez olurdu, lakin bu müddət ərzində şəhərdə məskunlaşmadı və ingilis dilini öyrənmədi. 1856-cı ildən 1883-cü qədər, yəni vəfat edənə qədər London və Paris nəşriyyatlarında çalışdı. 1868-ci ildən bəri Londonun Dor qalereyasında rəssamın bütün üslublarda əsərlərindən nümunələr var. Dorun öz təhsilini almış bir tələbəsi olmasa da, vizual təxəyyülünün bəhrəsi, Cecil B. kimi məşhur mədəniyyət yaradıcılarına ilham verməyə davam etdi:DeMille və Uolt Disney. Dore, Vincent Van Gogh və Terry Gilliam kimi sənətkarlardan da ilham aldı və əsərləri komik kitabların və qrafik romanların formalaşmasına kömək etdi.

Mənbə: istanbulsanatevi

Tərcümə etdi: Aysu Əsədova



 

Paylaş
Şərh əlavə et