Bu gün:

Pifaqor Kuboku


Pifaqor kuboku olaraq da bilinən "Xəsislik Kuboku" sadə maye qanunlarından istifadə edərək şərabı acgöz yunanlar üçün haram hala gətirdi. Pifaqorun bu ixtirasının arxasında bir dahi dayanır.


Aydındır ki, o, filosof olmaqdan gələn məsuliyyətlə tələbələrinə dərs vermək istəyir. Bu ixtira sayəsində Pifaqor şagirdlərinə ömürləri boyu, yəqin ki, heç vaxt unutmayacaqları orta istehlak haqqında bir dərs verdi. Kənardan baxanda stəkan kimi görünən obyekt öz funksiyası ilə hər kəsi heyran edə bilər. Ortadakı sütundakı deşik, şüşə müəyyən bir səviyyədən sonra doldurulmağa davam edərsə, içindəki bütün mayeni tökür.

Bu ixtiranın arxasında duran fiziki qayda sifonun iş prinsipindən heç bir fərqi yoxdur. Kubok müəyyən miqdarda doldurulduqdan sonra cazibə qüvvəsi mayenin bir hissəsini aşağıya doğru sürətləndirəcək. Sürətlənən mayenin təzyiqi aşağı olacağı üçün mayenin görünən hissəsi arasında təzyiq fərqi yaranacaq və yüksək təzyiqli maye aşağı təzyiqli mayeni itələyəcək. Bu proses təzyiq fərqi sıfır olana qədər, yəni bütün maye fincandan boşalana qədər davam edəcək. Bu fincanı ağzına qədər doldurmağın bir yolu var. 

Əgər stəkanın dibini içmək istədiyimiz su və ya şərabdan daha sıx bir maye ilə doldursaq, məsələn, yağ, yuxarıdakı mayenin çəkisi yağı sütuna itələyə bilməyəcək, buna görə də sifon effekti yaradılmayacaq və içkinizi daha çox içə biləcəksiniz. Axı elm hətta xəsisliyə də çarə tapa bilər.

Mənbə: BBC Türk 

Tərcümə etdi: Uğur Hacıyev

Paylaş
Şərh əlavə et