Bu gün:

İdmanın həyatımızda yeri və töhfələri


İdman və sağlam həyat bədənimiz üçün lazım olan fəaliyyətlərin məcmusudur. Əgər vaxtımızı düzgün və faydalı istifadə etmək istəyiriksə, idmanı həyatımıza daxil etməliyik. İdman ağlınızı günün stresindən və yorğunluğundan atmaq üçün doğru seçim olacaq.

Sağlam həyat üçün idman edilməlidir. Keyfiyyətli vaxt keçirərkən sağlamlığınızı qoruyursunuz. Sağlamlığınıza müsbət təsir edəcək idman variantlarını dəyərləndirməli və həyatınızda nizam yaradaraq onların davamlılığını təmin etməlisiniz. İdmanın zehninizlə yanaşı bədəninizə təsiri onun sağlamlığınız üçün faydalı olduğunu təsdiqləyir.

İdmanla məşğul olmaq şəxsiyyətimizin əzmini və özünə inamını artırmağa kömək edir. Maddələr mübadiləsimizin özünü qoruya bilməsi üçün idman nizamlı və nəzarətli şəkildə edilməlidir. İdman gündəlik həyatınızda müntəzəm olaraq iştirak edərək həyat keyfiyyətinizi artırır.

İdman etməklə həyat keyfiyyətinizi yaxşılaşdırın

İdmanın şəxsi inkişafa verdiyi töhfə gözardı edilə bilməyən bir həqiqətdir. Bədəninizlə yanaşı ruhunuzu da rahatladan idman sizə dinclik bəxş edir.

Gündəlik gəzintiləriniz nəfəsinizi açaraq ürəyinizin işləməsini təmin edən idman fəaliyyəti hesab olunur. Bədəninizin xüsusiyyətlərindən və sağlamlıq vəziyyətindən asılı olaraq müxtəlif idman növləri ilə məşğul ola bilərsiniz. İdmansız və hərəkətsiz həyat sağlam deyil. Odur ki, idman hərəkətləri ilə zehninizi rahatlaşdırarkən bədəninizin sağlamlığını qoruya bilərsiniz. Bu bizə çevik bir quruluşa sahib olmağa imkan verir.

●  Ürəyinizin nizamlı işləməsinə kömək edir.

●  Xolesterin nisbətini tənzimləyərək qan təzyiqini balanslı saxlamağa kömək edir.

Bədən enerjisini balanslaşdırır.

Özünüzü daha fit və sağlam hiss etməklə sizi motivasiya edir.

● Stressi aradan qaldırır və düşüncə rahatlığı ilə güvən verir.

● Əzələ quruluşunuzu gücləndirir.

● Dözümlülüyünüzü artırarkən çəki problemlərindən qaçmağınıza kömək edir. İdman sayəsində daha sağlam və davamlı bədənə sahib ola bilərik.

İdman etməklə fit və sağlam olun

İdman etmək təkcə həyatınıza enerji və inam əlavə etmir, həm də fiziki fəaliyyət imkanını artırır. Bu, həm də həyatınızın hər sahəsində təsirli bir perspektivə sahib olmağa imkan verir. Ruhunuzu dincələrkən bədəninizin sağlam qalmasına, özünə inam və şəxsiyyətin inkişafına verdiyi töhfəni nəzərdən qaçırmaq olmaz. İdmanın gündəlik həyatda bizə verdiyi nizam-intizam və işçi qüvvəsi idmandan imtina edilməməsinin sübutudur.

İdman etmək tənbəlliyi aradan qaldıraraq və maddələr mübadiləsini yaxşılaşdıraraq nizamlı həyata doğru ilk addımdır. İdman edərək həyatın stresindən uzaqlaşmaq və özümüzə keyfiyyətli vaxt ayırmaq həyatınız üçün motivasiya təmin edir. İdmanla həyata baxışımız yaxşılaşır və siz daha fit və sağlam şəraitdə vaxt keçirməkdən həzz alırsınız.

Mənbə : Milliyyət. com. tr

Tərcümə etdi : Aysel Aslanova

Paylaş
Şərh əlavə et