Türk Qəhvəsi Osmanlı İmperatorluğundan günümüzə qədər gəlib çatan və türk mədəniyyətində mühüm yeri olan qədim qəhvə hazırlamaq və bişirmə üsuludur.
Özünəməxsus dadı, köpüyü, qoxusu və təqdimatı ilə özünəməxsus ənənə və məkana malikdir. Bu, zəmi ilə verilən yeganə qəhvədir. Qəhvənin mənşəyi Ərəbistan yarımadası kimi tanınır. Türk qəhvəsinin tarixi mənşəyi 10-cu əsrdə yaşamış ərəb həkim Rhazesə gedib çıxsa da, onun istifadəsi eramızın 575-ci illərinə təsadüf edir. Türk qəhvəsi tarixi Ərəbistan yarımadasında qəhvə meyvələrinin qaynadılması ilə əldə edilmişdir. Bu hazırlanma və bişirmə üsulu ilə əsl qəhvə öz ləzzətini və ətrini qazanmışdır.
Bəzi təxminlərə və tədqiqatçılara görə, türk qəhvəsinin tarixi onun qəhvənin istehsal edildiyi cənub-qərbi Efiopiyanın Kaffa şəhəri ilə əlaqəsindən qaynaqlanır. Müxtəlif fikirlərə görə ərəbcə şərab mənasını verən kahva zamanla qəhvə sözünə çevrilmişdir.
Mənbə:Avansas
Tərcümə etdi:Aynur Mikayılova
