Aazonlar - qədim yunan mifologiyasında sırf ərlərinə onlarla dözməyən qadınlardan ibarət xalq öz kraliçasının başçılığı ilə yürüşlərə çıxmış və xüsusi döyüşkən dövlət təşkil etmişlər. Rəvayətə görə, Amazonlar Ares və Harmoniyadan gəlirlər. Nəsilləri çoxaltmaq üçün Amazonlar digər xalqların kişiləri ilə münasibət qururdular. Onlar doğulan oğlanları atalarının yanına göndərirdilər (başqa bir versiyaya görə, onları öldürürdülər), qızlardan yeni Amazonlar yetişdirdilər.
Adın mənşəyi bəlli deyil. Bir versiyaya görə, "Amazon" adı qədim yunan dilindən gəlir və hərfi mənada deyil, məcazi mənada “döşsüz” kimi şərh olunur: bu, onların digər qadınlardan fərqi deməkdir. Miflərə görə, oxatma rahatlığı üçün Amazonlar uşaqlıqda sağ döşlərini kəsirdilər.
Bu adın Kiçik Asiyanın şimal-şərqində və Cənubi Qafqazda yaşamış tayfalar adından yarana biləcəyi barədə versiyalar da mövcuddur. Homerin, Plutarxın, Herodotun və başqalarının məlumatlarına görə: Amazonların məskunlaşdığı ərazilər əsasən qədim qəbilələrin yaşayış yerləri ilə üst-üstə düşür: Mossinoiki, Makronlar, Moschi, Maskuts.
Mənbə: Ria
Tərcümə etdi: Səmayə Qədirova
