Bu gün:

Dünyanın ən gözəl qızı Kristina Pimenova


"Dünyanın ən gözəl qızı" tituluna sahib supermodel: Kristina Pimenovadır. Rusiyanın paytaxtı Moskvada yaşayan Kristina Pimenova həm dünyanın ən kiçik modeli, həm də dünyanın ən gözəl qızı kimi tanınır.

O, 27 dekabr 2005-ci ildə keçmiş futbolçu atası Ruslan Pimenov və model Qlikeriya Şirokovanın ikinci qızı olaraq anadan olub. Qızını model kimi çalışdığı agentliyə gətirən anası agentlikdəkilərin diqqətini çəkib və bəzi çəkilişlərdə kiçik qızdan istifadə etməyə başlayıblar.

Kiçik qızın qeyri-adi istedadını dərk edən agentlik onunla müqavilə bağlayıb.

"Women Daily Magazine" tərəfindən "Dünyanın Ən Gözəl Qızı" adına layiq görülən Kristina 4 yaşından etibarən Vogue, Roberto Cavalli və Armani kimi nəhəng brendlərin podiumunda gəzir.

Pimenovanın sürətli yüksəlişi onun izləyicilərini və psixoloqlarını ikiyə böldü.Sidney Uşaq Psixologiya Mərkəzindən psixoloq Fiona Martin deyir: "Bəzən sərhədləri nəzərəçarpacaq şəkildə çəkmək lazımdır". Bu yaşda uşaqların inancları çox kövrəkdir və onların öz qərar qəbuletmə mexanizmləri hələ inkişaf etməmişdir.

Media və reklam dünyası istifadə etdiyi şəkilləri özünəməxsus şəkildə kodlaşdırır.  O,-“Valideynlər övladlarının cinsi obyekt kimi qəbul edilməsinə açıq fikirli olmalıdırlar”-, deyərək vəziyyətin anormallığından danışır. 

 “Bunlar onun özünə inamını zədələyə və gələcəkdə bütün həyatını poza bilər”, - dedi.

Pimenova agentliyi, - “Uşağı makiyaj və zinət əşyaları ilə daha yaşlı göstərə bilərsiniz, lakin Kristina kimi bəzi uşaqlar üçün bu belə deyil. Bu işlər onun portfelinə əlavə etmək üçün peşəkarlıqla edilib”.

Mənbə : Hthayat. Habertürk. com

Tərcümə etdi : Aysel Aslanova

Paylaş
Şərh əlavə et