Bu gün:

Altair ulduzu nədir?


İsti yay axşamında bağçanızda çəmənlikdə uzanıb başınızı şərqə tərəf qaldırsanız, solğun mavi bir nöqtə görərsiniz.O nöqtənin adı Altairdir. Gəlin, o solğun mavi nöqtəni İncələyək. Həmin nöqtə Altair Ulduzu adlanır. Altair ərəb mənşəli bir addır.  (Arfa: "الطائر")

“Altair” kimi yazılıb, ərəbcə “quş” və ya “uçan məxluq” deməkdir. Bu ulduzun öz oxu ətrafında bir dəfə fırlanması üçün təxminən 10 saat vaxt lazımdır. Bu parlaq ulduz öz oxu ətrafında Yerdən daha sürətli fırlanır. O qədər sürətlə fırlanır ki, bu ulduz bir az yastılaşmağa meyllidir.

Dr.Sarah Salviander bu mövzuda belə demişdir: Altair öz oxu ətrafında o qədər sürətlə fırlanır ki, demək olar ki, M&M kimi düz olub.

Günəşə nə qədər bənzəyir?

Altair günəşimizdən 10 qat daha parlaqdır, Altair günəşin kütləsindən təxminən 1,8 qat daha parlaqdır və diametrinin günəşinkindən 1,6 ilə 2 dəfə arasında olduğu təxmin edilir. Səthin temperaturu isə 6,626 ilə 8,226 dərəcə Selsi arasındadır. Buna görə də onun rəngi mavi görünür.

Onu necə görə bilərik?

Əslində bunu məqalənin girişində açıq şəkildə qeyd etmişdim, amma hər halda deyim ki, yay aylarında səmaya baxanda, şəhəriniz nə qədər işıqlı olsa da, şərqə baxanda onu görə bilərsiniz. Altairin görünən böyüklüyü +0,76-dır. Beləliklə, Altairi gözlə asanlıqla görə bilərik.

Mənbə: Evrim Ağacı

Tərcümə etdi: Tahirə Bağırzadə

Paylaş
Şərh əlavə et