Bu gün:

Andre Mantegna kimdir?


Təxminən 50 ildir ki, Andre Mantegna Şimali İtaliyanın ən nüfuzlu rəssamı olub. Rəsmləri təmiz xətləri və perspektivdən uğurlu istifadəsi ilə  müasirlərini heyrətləndirib. Mantegna, o dövrdə Venesiya respublikasının bir hissəsi olan Padua yaxınlığında anadan olmuşdur. Dülgərin ikinci oğlu idi və on yaşında atelyesi bütün İtaliyada məşhur olan Francesco Scvarcionenin (1394-1468) tələbəsi olub.

Bir il ərzində Skvarsione onu rəssamlar gildiyasına daxil etdi; bu yaş üçün qeyri-adi bir nailiyyətdir. 17 yaşına çatanda öz emalatxanasını qurmaq üçün şagirdlikdən imtina etdi.

Mantegna rəsmlərində perspektivlə sınaqdan keçirərək dəqiq arxeoloji təsvirlərə də diqqət yetirdi. 1434-cü ildə Donatello San Antonio kilsəsinin əsas qurbangahını çəkmək üçün Paduaya getdi.

Mantegna, Donatello ‘ dan anatomik baxımdan, heykəltəraşlıq fiqurundan və parça kıvrımlarının təmsilindən fiqurların necə düzgün hazırlanacağını öyrəndi. Aldığı hər sifarişdə Diqqətli perspektivli təcrübələri və qeyri-adi perspektivləri ilə tanınırdı.1453-cü ildə rəssam Jacobo Bellini ‘nin qızı və məşhur rəssam Giovanni və Gentile Bellini’ nin bacıları Nicolosia Bellini ilə evləndi. Scvarcione və Bellini rəqib idilər və bu evlilikdən sonra Skvarcione və Mantegna bir-birlərinə qarşı soyuqlaşdılar.

Giovanni Bellini və Mantegna bəzi sifarişlər üzərində birlikdə çalışdılar və üç gənc sənətçi bir-birlərini heyran etdilər. Bellini qardaşları perspektiv haqqında daha dolğun bir fikir əldə etdilər Mantegna, digər tərəfdən Mantegna, işıq vermək üçün rəng seçməkdə və istifadə etməkdə daha da bacarıqlı oldu. 1460-cı ildə Mantua şəhərinin güclü hökmdarları Gonzaga ailəsinin məhkəmə rəssamı təyin edildi.

1484-cü ildə rəssam üçün nadir olan cəngavər rütbəsi aldı. Təxminən 1490-cı ildən sonra şöhrəti bütün İtaliyaya yayılan izlər istehsal etməyə başladı.

Mantegnanın ölü İsa haqqında çəkdiyi rəsm (Brera, Milan), digər tərəfdən, “açılar”dediyimiz qısa görünüş metodunun ən tipik nümunələrindən biridir.

Mənbə:sanatinoykusu

Tərcümə etdi: Aysu Əsədova



 

Paylaş
Şərh əlavə et