Bu gün:

Fausto Zonaro kimdir?


İtalyan Şərq rəssamı Fausto Zonaro 1854-cü ildə Paduada anadan olub. Gəncliyində atası ilə birlikdə daş və inşaat işlərində çalışıb. 1870-ci ildən bəri Masi yaxınlığındakı Landinardakı, texniki məktəbdə 3 il rəssamlıq təhsili alıb. Bu məktəbi bitirdikdən sonra Veronadakı Chignaroli Akademiyasında və Romadakı Gözəl Sənətlər Akademiyasında rəssamlıq təhsili alıb.

1880-ci ildə Parisə yola düşən sənətçi, 1889-cu ilə qədər Parisdəki emalatxanasında çalışıb və bu müddət ərzində fransız impressionistlərindən təsirlənib. Venesiya, Neapol və Paduaya səyahət etdikdən sonra 1891-ci ildə həyat yoldaşının istəyi ilə İstanbula gəldi və tezliklə sarayın ətrafında ad çıxardı.

Rəsmlərində İstanbulun müxtəlif guşələri, toylar, tətillər, dini və rəsmi mərasimlər, müharibə və müxtəlif peşə sahibləri kimi ictimai tədbirlər təsvir edilmişdir. Onun şərqşünaslıq və impressionist üslubda çəkdiyi İstanbul rəsmləri dəfələrlə nümayiş etdirilmiş, İstanbulda birinci və ikinci İstanbul salonunun, 1907 – ci ildə isə II İstanbul salonunun sərgilərində nümayiş etdirilmişdir. II Abdulhamidin taxta çıxmasının otuz birinci ildönümünə həsr olunmuş sərgidə iştirak edib.

Sultan II. Əbdülhəmidin 1896-cı ildə rəssam-i-Xəzrət-i-Şəhriyari, yəni saray rəssamı kimi işə cəlb etdiyi rəssam İstanbulda olduğu müddətdə mindən çox rəsm çəkib. Osmanlı-İtalyan münasibətlərinin pisləşməsi səbəbindən 1911-ci ildə İstanbulu tərk etdi.

İstanbuldan ayrıldıqdan sonra sənətçi İtaliyanın San Remo şəhərində yerləşdi və İstanbulu əks etdirən rəsmlər çəkməyə davam etdi. Rəssam sağ ikən rəsmləri böyük pərəstişkarları tərəfindən izlənildi. İtaliyaya qayıtdıqdan 10 il sonra, 1920-ci ildə həyat yoldaşından ayrıldı və qızı ilə yaşamağa başladı. 1924-cü ildə yazdığı xatirəsini çapa hazırladı, lakin kitab heç vaxt çap olunmadı, uzun illər ailə arxivində saxlanıldı. Sözügedən kitab 2008-ci ildə Türkiyədə “Abdulhamidin iyirmi illik hakimiyyəti” / Fausto Zonaronun xatirələri və əsərləri adıyla nümayiş olundu. 1929-cu ildə 75 yaşında San Remoda öldü.

Mənbə: istanbulsanatevi

Tərcümə etdi: Aysu Əsədova

Paylaş
Şərh əlavə et