Bu gün:

"NASA" nədir?


NASA 1958-ci ildə ABŞ prezidenti Duayt Eyzenhauer tərəfindən açılıb. Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi kimi fəaliyyət göstərən NASA ilə bağlı məxfi məlumatlar zaman-zaman rəqəmsal şəbəkələrə sızır. Bu məlumatlara görə insanlar NASA və onun missiyaları ilə daha çox maraqlanmağa başlayıblar. 

NASA nədir? 

NASA, Aeronavtika üzrə Milli Məsləhət Komitəsi olan NACA-nın davamı olaraq görülür. 1950-ci illərdə kosmosa peyk göndərmək üçün dünyanın qabaqcıl ölkələri arasında yarışa girildi.

1957-ci ildə Rusiyanın “Sputnik-1” peykini kosmosa buraxması ABŞ-ın NASA ilə bağlı ilk addımlarını atmasına səbəb oldu. Beləliklə, NASA vəzifəni NACA-dan götürdü. NASA araşdırmaları; 4 laboratoriya, 8000 işçi və 100 milyon dollarlıq büdcə ilə başladı. 

NASA nə iş görür? 

NASA; Əsasən insanlı və pilotsuz kosmik uçuş proqramları və elmi tədqiqatlar üzrə fəaliyyət göstərir. NASA insanlı və pilotsuz uçuş proqramlarından başqa bəzi elmi araşdırmalar da aparır. Bu araşdırmalar əsasən; Söhbət kosmosda tibb, ozon təbəqəsinin öyrənilməsi və yer elmlərindən gedir. 

NASA-nın hazırkı planları; İnnovativ kosmik texnologiyalar istehsal etmək, günəş sistemində insan varlığını artırmaq, aviasiya texnologiyasını inkişaf etdirmək, NASA-nı tələbələrlə bölüşmək və dünya və kainat haqqında bilinənləri artırmaq. NASA bu yaxınlarda Milli Kəşfiyyat İdarəsi tərəfindən ona hədiyyə edilmiş iki teleskopu qəbul etdi. 

Mənbə: Milliyet

Tərcümə etdi: Nəzri Süleymanova

Paylaş
Şərh əlavə et