Bu gün:

Qulaqcığın ixtirası



Qulaqcıqların ixtirası başlıqlı bu yazımızda hər kəsin çantasında olan kiçik qulaqcıqların necə icad edildiyini və keçdiyi yolları sizə təqdim edirik.

Qulaqlıqlar elektrik enerjisi ilə işləyən səs siqnallarını dinləmək üçün bir üsul idi və 1880-ci illərdə telefon operatorları artıq onlardan istifadə etməyə başlamışdılar, lakin vətəndaşlar arasında istifadə edilməmişdir. Bu qulaqlıqlar operator işçisinin çiynində dayanan və ən azı 10 kilo ağırlığında olan böyük bir əşya idi.


1891-ci ildə Ernest Mercadier adlı bir alim telefon operatorları tərəfindən istifadə edilmək üçün "bi-telephone" adlandırdığı qulaqiçi qulaqlıq icad etdi. Bu qulaqcıqda səs-küyün qarşısını almaq xüsusiyyəti də var idi.

1895-ci ildə Elektrofon adlı sistem istifadə olunmağa başladı. Bu sistemi günümüzün yaxa mikrofonunun ucuna qoşulan qulaqlıq kimi düşünmək olar. O zaman onun forması stetoskopa bənzəyirdi. Bu qulaqlığın icad edilməsinin səbəbi teatr və opera kimi izdihamlı tamaşalarda insanların, aktyorların və sənətçilərin səsini daha yaxşı eşitmək idi. 

Bu istifadəni görən Nathaniel Baldwin şouya getməyənlərin, yəni istəyən hər kəsin qulaqcıqdan istifadə edə biləcəyini düşündüyündən 1910-cu ildə onun üzərində işləməyə başlayıb. Elə həmin il bu alim tərəfindən indiki qulaqcıqlara çox oxşar qulaqlıq icad edilmişdir. Baldwin bu qulaqcığı icad etmək üçün istifadə etdiyi maşını mətbəxində quraşdırdı və bu maşınla bir anda yalnız 10 qulaqlıq istehsal edə bilib. Baldwin bu qulaqlıqları sınaqdan keçirildiyi ABŞ Hərbi Dəniz Qüvvələrinə aparıb. Bu qulaqlıq o dövrdə ən kiçik və ən faydalı qulaqlıq olduğundan, Amerika Hərbi Dəniz Qüvvələri bu qulaqlığın istehsal olunduğu maşını satın alıb. 

1919-cu ildə alim Doktor Brandes tərəfindən ixtira edilmiş həssas qulaqlıqlar radio istehsalında istifadə edilib.

Alim Eugen Beyer dinamik qulaqcığı 1937-ci ildə inkişaf etdirib. 

1954-cü ildə eşitmə problemi olanlar üçün hazırlanmış simsiz qulaqlıqları bu gün istifadə etdiyimiz Bluetooth qulaqlıqlarının əcdadları hesab etmək olar.

1958-ci ildə caz musiqiçisi və səs sənətçisi Con Koss stereo qulaqlıq yaratdı. Koss bu qulaqcığı musiqi dünyasına təqdim edəndə bu sahədə sonsuz dəyişiklik və inkişaf prosesi başladı. Zaman keçdikcə qulaqlıq hər insana özəl simli qulaqlıq halına gəlib. 

Bu günə qədər sağ qalan qulaqlıq istehsalçısı Sony, qulaqlıq istehsal etmək macərasına 1960-cı illərdə başlayıb. 


Mənbə: Nasilicat.com

Tərcümə etdi:Aydan Qasımova

Paylaş
Şərh əlavə et