Bu gün:

Azərbaycan xalq musiqiləri


Azərbaycan xalqının mədəni dəyərləri onu Avropada və Asiyada yaşamış keçmiş sivilizasiyalarından fərqləndirir. Azərbaycan xalqının musiqi-poetik yaradıcıllığının ən qədim və önəmli janrlarından olan mahnılarda onun pak, yüksək mənəviyyatı, daxili aləmi, arzuları, ümidləri əks olunmuşdur. 

Azərbaycan xalq mahnılarının inkişafı istiqamətində Üzeyir Hacıbəyov və Müslüm Maqomayevin müstəsna xidmətləri olmuşdur. Hətta Bülbülün yaratdığı və rəhbərlik etdiyi musiqi kabinetinin fəaliyyəti təqdirə layiqdir. Azərbaycan xalq musiqilərinin yaranmasında və inkişafında Fikrət Əmirovun və Tofiq Quliyevində əməyi qeyd olunmalıdır. Xüsusilə də, Fikrət Əmirovun notlaşdırdığı mahnılar içərisində toy mərasimi nəğmələri öz məzmunu və ifa forması etibarı ilə lirik xanəndə mahnılarından seçilir. Fikrət Əmirovun musiqi yaradıcıllığında mərasim və lirik məhəbbət mahnılarını birləşdirən ümumi cəhətlər çoxdur. Misal "Xoş gəldin", "Ay mübarək", "Toyun mübarək olsun", "Ay yol açın gəlin gəlir", "Aparmağa gəlmişik", "Almanı alma gəlin", "Xına yaxdı havası", "Eylən gələn".

 Ümumiyyətlə, Azərbaycan musiqisi çoxəsrlik inkişaf yolu keçmişdir. Birinci milli folklorun təmsil xalq musiqisi bir də ayrı-ayrı azərbaycanlı bəstəkarlar tərəfindən yaradılmışdır. Onun kökləri əsrlərin dərinliklərinə gedib çıxır. Buna misal olaraq Qobustan qayaüstü rəsmlərdən (yallı-rəqs) başlayaraq Azərbaycanda melodiya və ritm zənginliyi ilə fərqlənən çoxlu sayda mahnılar, müxtəlif rəqslər, çobanların tütəkdə çaldığı havalar səslənir. Azərbaycan musiqisinin özəyi sayılan aşıq sənəti, meyxana, muğam və s. Hər biri Azərbaycan xalq musiqisinin incilərindəndir.


Hazırladı:Pərvanə Abbasova


Paylaş
Şərh əlavə et