Bu gün:

Dünya ədəbiyyatının ən böyük yazıçısı: Dostoyevski


Dünya ədəbiyyatının ən böyük şəxsiyyətlərindən biri olan və adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilən yazıçı - Fyodor Dostoyevski.

Fyodor Dostoyevski 1821- ci ildə Rusiyanın Sankt-Peterburq şəhərində anadan olub. Uşaqlığını sərxoş ata və xəstə anasının yanında keçirən Dostoyevski, anasının ölümündən sonra Peterburqdakı Mühəndis Məktəbinə girib. Məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra İstehkam Müdirliyinə daxil olub. Bir il sonra istefa verərək buradan ayrılıb. Ordudan ayrıldıqdan sonra ədəbiyyata yönələn Dostoyevskinin ilk romanı Bədbəxt insanlar 1846-cı ildə nümayiş olunub. Lakin bu əsər heç də müvəqqətlə nəticələnməyib və Dostoyevski siyasətə yönəlib.

1849-cu ildə dövlət əleyhindəki bir sui-qəsdə qarışdığı iddiası ilə həbs olunub. Səkkiz ay həbsxanada qalan Dostoyevski gülləyə düzülmək üzrə ikən digər səkkiz məhbus yoldaşı ilə bağışlanılıb.

1857-ci ildə Mariya Dmitriyevna İsayeva ilə evlənib. Beş il boyunca vəzifəsini yerinə yetirən Dostoyevski 1859-cu ildə azad edilib və Peterburqda yaşamağa başlayıb.

Peterburqa döndükdən sonra Alçaldılmış və təhqir olunmuşlar (1861) və Ölü evdən qeydlər (1862), Gizlindən Qeydlər (1864), Cinayət və cəza (1866), Qumarbaz (1866), İdiot (1868), Əbədi ər (1870) və Cinlər (1872) kimi əsərləri yazıb. Həyat yoldaşı vəfat etdikdən sonra yenidən ailə həyatı qurub, ancaq qızının ölümü onda böyük sarsıntılar yaradıb.

Karamazov qardaşları adlı əsərini iki ildə bitirən Dostoyevski bir ciyər qanamasıyla yatağa düşüb və 28 yanvar 1881-ci ildə vəfat edib. Dostoyevski üçün 31 yanvar 1881 tarixində təşkil edilən dəfn mərasimində təxminən 30.000 adam tabutunun arxasından gedib.

Dünya ədəbiyyatına ən çox təsir edən və ən çox oxunan yazıçılardan biri olan Dostoyevskinin əsərləri bir çox 20-ci əsr yazıçılarının fikirlərinə dərindən təsir edib. Fridrix Nitsşe Dostoyevski haqqında bu sözləri demişdi: “O mənim psixianaliz haqqında bir şeylər öyrəndiyim yeganə insandır. O mənim həyatımın ən böyük sevincidir".

Mənbə: Britannica.com

Tərcümə etdi: Aytac Musayeva


Paylaş
Şərh əlavə et