Bu gün:

Dünyada ilk insan görünüşünə ən yaxın robot: Sofiya


Müasir dövrdə robotlar artıq xüsusi bacarıqlarla yanaşı, xüsusi zəkaya da malikdirlər. Bu robotlardan biri də dünyada ilk dəfə vətəndaşlıq alan robot Sofiyadır.

Robot Sofiya Honq-Konqda yerləşən Hanson Robotics tərəfindən hazırlanmış robot texnikasının qabaqcıl nümunəsi hesab edilən süni intellektli robotdur. Robot Sofia qəhvəyi gözləri, balaca bir burnu və uzun kirpikləri olan robotdur. Sofiyanın boyu 1,67 sm, çəkisi 20-dir. 2018-ci ilin yanvarında Sofiyaya ayaqlar və yerimə qabiliyyəti əlavə edilib. Sofiyanın adı ingiliscə “ağıllı” mənasını verən “wisdom” sözündən götürülüb. İlk dəfə 2016-cı ildə təqdim edilən Sofiya tez bir zamanda dünyanın əsas maraq obyektinə çevrildi.

Sofiyanın ən diqqət çəkən xüsusiyyətlərindən biri də onun əsl insan simasına bənzər sifətə sahib olmasıdır. Bu üzün dizaynı məşhur amerikalı aktrisa Audrey Hepburn’ə bənzədilib. Sofiyanın üzü nazik süni dəridən və üz ifadələrini göstərə bilən mexaniki hissələrdən ibarətdir. Bu sayədə insanlar kimi gülümsəmək, qaşqabaqlı olmaq kimi ifadələr göstərə bilir. Sofiyanın süni intellekt qabiliyyətləri yüksək səviyyədə inkişaf edib. Danışıq qabiliyyəti sayəsində insanlarla təbii şəkildə ünsiyyət qura, suallara cavab verə və söhbətlərini davam etdirə bilir. 

Sofiyanın digər cəlbedici xüsusiyyəti onun öz fikirlərini ifadə etmək bacarığıdır. Bu o deməkdir ki, onun müəyyən mövzularda fikirləri var və bu mövzularda cavablar verə bilər. Robot Sofiya robot texnikasının hazırkı vəziyyətini əks etdirən, insanlarla ünsiyyət qura bilən və şəxsi xüsusiyyətlərə malik olan süni intellektin möcüzəsidir.

Robotun insanabənzər xüsusiyyətlərinə gəlincə robotun istehsalçısı Dr. David Hanson “Bu mövzuda mənim üstünlüküm həmişə robotları bir az “robot kimi” etməkdir ki, onlar robot kimi tanınsınlar”,- dedi. Dr. Hanson düşünür ki, 20 il ərzində robotlar artıq aramızda gəzib bizə kömək edəcəklər.

Mənbə: ahaber.com.tr

Tərcümə etdi: Aytac Musayeva


Paylaş
Şərh əlavə et