Bu gün:

Bir ayda həyatı necə dəyişdirmək olar?


Blogger Svetlana Pokrevskaya iddia edir ki, bəzi qaydalara əməl etməklə cəmi bir aya özünü tanımayacaqsan.

Müraciət əsasında Svetlana Pokrevskaya öz həyat tərzinə əsaslanaraq bir aylıq bələdçi planı yaradıb. Plana görə hər həftə üçün həyatınıza inteqrasiya etməli və ayın qalan hissəsi üçün davam etməli olduğunuz 3 vəzifə var. 

1-ci həftə: Ağıl və bədəni təmizləmək

Təxminən səhər saat 6-da özünüzə gün ərzində heç vaxt tapmadığınız vaxtı tapa biləcəksiniz. Bu erkən saatlarda dinclik və sakitlik olacaq. Hamı yuxuda olduğu üçün etməli olduğunuz müxtəlif işləri rahat görə bilərsiniz. Eyni zamanda qarşıdakı gündən tam zövq almağınıza kömək edəcək səhər məşqlərinizi etmək üçün ideal vaxtlardır. Tənbəllik və yataqdan tez qalxmamaq istəyi yorğunluq əlaməti deyil. Bunlar öz həyatınızı yaşamaq istəmədiyinizi göstərir. Əgər həyatınızı doya-doya yaşayırsınızsa, yataqdan sıçramaq istəyərsiniz. Səhər yataqdan tullananda həyat daha parlaq görünməyə başlayacaq.

Daha yaxşı qidalanma

Növbəti dəyişikliklər sizdən çox enerji sərf etməyi tələb edir. Çox güman ki, enerjinizin çox hissəsini alkoqol, siqaret və ağır, yağlı qidaların təsirləri ilə üzləşərək bədəninizin fəaliyyətini davam etdirməyə sərf edirsiniz. Hamımızın aradan qaldırılmalı olan bu cür vərdişlərimiz var. Sizə uyğun görünən hər hansı bir pəhriz seçə bilərsiniz. Ancaq bir şey hər kəs üçün doğrudur: alkoqol, çipslər, şəkərli içkilər, əvvəlcədən hazırlanmış yeməklər, zərərli yeməklər - bunların heç biri heç bir sağlam pəhrizdə yer tapa bilməz. Buna görə də onları həyatınızdan tamamilə çıxarmaq lazımdır. Yediyiniz yeməklərin porsiyalarını da azaltmalı və yatmazdan əvvəl yeməkdən çəkinməlisiniz. Başqa sözlə, sadəcə bədəninizin sizə dediklərini dinləyin və ya dietoloqdan məsləhət alın.

İdman

Bədənin balanslı və sağlam olması psixi sağlamlıq üçün əvəzolunmazdır. Yorğun bədəni özünə gətirmək üçün silkələmək lazımdır. Gün ərzində daha çox hərəkət etməyə çalışın – işə hazırlaşarkən güzgü qarşısında rəqs edin, bir dəfəlik lift əvəzinə pilləkənlərlə qalxın və ya idman zalında adi rejimə əməl edin.

2-ci həftə: Şəxsi həyatınızı qaydasına salın

Şəxsi məkanınızı təmizləyin. İstifadə etmədiyiniz hər şeyi atın. Evinizin hər küncünə, masasına və şkafına yeni əşya gətirin.

Şəxsi işlərinizi həll edin, öhdəliklərinizi yerinə yetirin

Özünüzə və digər insanlara verdiyiniz vədləri xatırlamalı və onlara necə davranacağınıza qərar verməlisiniz. 

Sosial həyatınızı qaydasına salın

Sizə mane olduğunu hiss etdiyiniz əlaqələri kəsin. Mənfi dünyagörüşü olan, təkəbbürlü və sizinlə heç bir əlaqəsi olmayan insanlarla danışmağa çalışmayın. Uzağa getməyi və yox deməyi öyrənin. Özünüzə nankor və təkəbbürlü olmağa, çılğın davranmağa, xoşagəlməz olmağa icazə verin.

3-cü həftə: Planlar, məqsədlər və xəyallar

Əvvəlcə planlarınızı yazın, sonra həyata keçirin. İstirahət etmək, dostlarınızı və sevdiklərinizi görmək, özünüzə vaxt tapmaq üçün boş vaxtınızı planlaşdırın. Başlamaq üçün səbirsizləndiyiniz plan növünü yazın.

Ən ağılsız xəyallarınızın siyahısını tərtib edin

Məsələn, bütün dünyanı idarə etmək və ya 89 yaşında Everest zirvəsinə qalxmaq kimi planlarınızı yazın. Hansı bir işi görməyə gücünüz olduğunu təsəvvür edin. Kim bilir, bəlkə də beyninizdə qeyri-mümkün kimi gördüyünüz  bəzi şeylər o qədər də əlçatmaz deyil.

İşinizi gündəlik planlaşdırın

Hər axşam növbəti gün üçün plan qurun. Planın qısa olmasının fərqi yoxdu. Həm də bu planları məhz axşam saatlarında etmək vacibdir. Ertəsi gün bu barədə heç nə xatırlamasanız da, daha məhsuldar olduğunuzu görəcəksiniz.

4-cü həftə: Üfüqlərinizi genişləndirin

Fərqli yaşamağa çalışın. Ən kiçik dəyişikliklər belə həyatınıza təsir göstərir. İşə getmək üçün başqa bir yol seçin. Heç vaxt getmədiyiniz kafe və ya bahalı mağazaya yaxınlaşın. Yeni idman növünü sınayın. Əvvəllər etmədiyiniz bir şeyi sınayın. Və hər gün, tanış işlərlə məşğul olarkən, özünüzdən soruşun: bu gün bir az fərqli olaraq nə edə bilərəm? Yeni bir şey sınamaq vərdişinə sahib olmalısınız. Beləliklə, qeyri-adi bir şey etmək həyatınızın təbii bir hissəsinə çevriləcəkdir.

Rahatlıq zonanızdan çıxın

Daha da irəli getməli və ən pis qorxularınızın gözünün içinə baxmalısınız. İnsan sadəcə baxmaqla kifayətlənməməlidir. Siz də mübarizə aparmalısınız. Sizdə hündürlük qorxusu var? Paraşütlə tullanma ilə məşğul olun. Rəhbərinizdən qorxursunuz? Yeni layihə təklifi ilə onun yanına gedin. Yeni insanlarla tanış olmaq sizin üçün qorxuludur? Heç kimi tanımadığınız bir ziyafətə gedin. Bu cür hallar öyrənməyimizə və inkişafımıza kömək edəcək.

Fasilə verin

Bu addımdakı "fasilə" sözünün mənası: evdən çıxın, Wi-Fi-dan ayrılın və bir müddət tək vaxt keçirin. Özünüzə səmimi rəy bildirin. Ötən ay sizin üçün necə keçdi? Necə oldu, həyatınızda nə dəyişdi? Bəs, bundan sonra necə davam etməyi planlaşdırırsınız?

Mənbə: Habertürk

Tərcümə etdi: Samirə İsmayılova

Paylaş