Bu gün:

Hindistanda niyə inəklər müqəddəs sayılır?


İnəklərin insanlar kimi küçələrdə gəzdiyi və insanların böyük hörmət etdiyi inəyi öldürmək niyə Hindistanda qadağandır və inəklər niyə müqəddəsdir?

Dünyanın ən çox mal-qarasına malik ölkə olmasına baxmayaraq Hindistanın bu mənbədən faydalana bilməməsinin səbəblərinə nəzər salsaq, aşağıdakıları görərik: Hindistanda ən müqəddəs heyvan hinduizmin başlanğıcından bəri inək olub. Hindistanda istər istəməz də olsa inəyi öldürmək böyük günah sayıldığı üçün inəklər küçə və prospektlərdə istədikləri kimi gəzir, səkilərdə günəşlənir, məbədlərə girib-çıxırlar. Heç kim onları narahat etmir, hətta hörmətlə salamlayır. Ona görə də küçələrdə istidən boğulan arıq inəklərə rast gəlmək təbiidir.

Cəmiyyətin böyük bir hissəsi aclıq həddində yaşayarkən, inəklərə verilən bu imtiyaz kənar adamlara mənasız görünsə də, bunun arxasında təkcə dini inanclar dayanmırdı. Bunun arxasında həm də həyati vacib qidaları qorumaq instinkti var. İnəyin əhəmiyyəti bəşəriyyətin xeyrinə üç məhsul verməsi idi:

1. süd

2. pendir

3. kərə yağı 

Bu mükəmməl heyvanı kəsib bir anda yemək əvəzinə, onun məhsullarından daha uzun müddət və çoxlu insan tərəfindən istifadə olunması ideyası var idi. Bir inəyi kəsmək onu öldürməyə bərabər idi.

Hindistan əhalisinin əksəriyyətinin inandığl  Hinduizm konkret qurucusu olmayan bir dindir. O, “Veda” adlı ilahilər və şeirlərə əsaslanır. Buraya müxtəlif irqlərdən və mədəniyyətlərdən olan insanların dini inancları və təcrübələri daxildir. Bu çoxallahlı, mürəkkəb bir dindir, lakin davamlılığı var.

Eramızdan əvvəl 1500-cü ilə aid olan hindu dinində bir çox Tanrılara sitayiş edilir, lakin ən yüksək ilahi güc olan Brahmana çatmaq çox çətin olduğundan bu, yalnız kahinlərin edə biləcəyi bir işdir. Buna görə də adi insanların ibadət edə biləcəyi ikinci dərəcəli Tanrılar var. Hindular bütün canlıların ruhu olduğuna inanırlar. Ölümdən sonra yenidən doğulmağa, yəni reinkarnasiyaya inanan hindular da əvvəlki həyatını yersiz keçirmiş ruhun heyvan bədənində yenidən doğula biləcəyinə inanırlar. Buna görə də bir çoxları yalnız bitki qidaları ilə qidalanır və bütün heyvanlara böyük hörmət bəsləyirlər.

Hinduizmdə inəklərə həm də xeyirli və müqəddəs sayıldıqları üçün hörmət edilir, çünki onlar bütün kainatın anası, ilahə Devinin simvolu hesab olunurlar və hindularda Tanrıların sayı inanılmaz dərəcədə çoxdur. Onların inəklərə sitayiş etdiyini deyə bilmərik, çünki dünyanı Tanrı Brahmanın yaratdığına inanılır.

Mənbə: neoldu.com

Tərcümə etdi: Sevil İsmayılova

Paylaş
Şərh əlavə et