Bu gün:

Amazondan pul qazanma üsulları


İnternetdə pul qazanmağın ən çox yayılmış yolları məhsul satışı və iş ortaqlığıdır. Elektron ticarət platformaları insanlara və ya şirkətlərə məhsul satmağa və ya satışlarında vasitəçilik edərək pul qazanmağa imkan verir. Bu platformaların ən böyüyü Amazon saytıdır.

Amazon ABŞ-da qurulmuş və bir çox inkişaf etmiş ölkələrdə fəaliyyət göstərən çox məşhur onlayn alış-veriş saytıdır. Bu sektorun qabaqcıl adlarından biri olan Amazon getdikcə artan iş həcmi ilə ticarət saytlarının sayını artıraraq bu bazara hakim olmağı hədəfləyir.

Amazondan pul qazanmağın iki yolu var.

1. Amazonda məhsul sataraq və komissiya alaraq pul qazanırsınız.

2. Siz birbaşa satıcı olacaqsınız.

Qazanclı olan bu pul qazanma yolunda seçiminiz affiliate marketinqdirsə, Amazonun vazkeçilməz şərti saytınızın olmasıdır. Əgər veb saytınız yoxdursa, onu yaratmaqla başlaya bilərsiniz. Amazon vasitəsilə məhsul satmaq bir qədər mürəkkəb görünsə də, mənfəət nisbəti kifayət qədər yüksəkdir.

Amazon Affiliate Marketing nədir?

Amazon onlayn ticarətin zirvəsindədir. Amazon Affiliate Marketing ilə 4-10% arasında qazana bilərsiniz. 1 milyondan çox məhsul çeşidindən istədiyiniz məhsulu sata bilərsiniz.

Affiliate Marketing sistemi bu biznes üçün sizdən heç bir investisiya və ya istehsal dəstəyi tələb etmir. O, səni xərcləməyə məcbur etmir. Etməli olduğunuz şey məhsullarınızın daha çox insana çatmasını və satılmasını təmin etməkdir. Amazon filial sistemindən müntəzəm gəlir əldə etmək üçün satacağınız ölkənin insanlarının nə ala biləcəyi barədə məlumatınız olmalıdır. Bunun ən asan yolu öz veb saytınızı açmaqdır. Saytınız internetdə tapıla bilər və onun vasitəsilə insanları Amazona yönləndirərək məhsul satışlarını artıra bilərsiniz.

Amazonda (Amazon FBA) öz məhsullarınızı satmaq nə deməkdir?

Amazondan pul qazanmağın yollarından biri də öz məhsullarınızı satmağa imkan verən Amazon FBA adlı sistemdir. Siz istehsal etdiyiniz məhsulları Amazonda sata və ya toplu şəkildə satın ala bilərsiniz.

Amazon FBA o deməkdir ki, Amazon sizin məhsullarınızı saxlayır və satır. Müəyyən bir icarə haqqı müqabilində Amazon məhsullarınızı öz anbarlarında saxlayır və sizə öz sistemində satmağa icazə verir. Bu sistem şirkətlərini xaricdə genişləndirmək istəyənlər üçün idealdır. Amazonda öz məhsullarınızı satmaq üçün icarə haqqı və s. kimi xərclər üçün hazır pulunuz olmalıdır. Əgər məqsədi inkişaf etmək, daha çox kütləyə çatmaq olan şirkətlərdənsinizsə və məhsullarınızı daha böyük kanallara satmaq istəyirsinizsə, Amazon FBA böyümənin ən etibarlı yoludur.

Elektron ticarəti necə öyrənə bilərəm?

Elektron ticarəti ixtisaslı təhsil vasitəsilə öyrənmək olar. 

Amazondan məhsul idxalı

Qiyməti yüksək olan və ya ölkənizdə satışda olmayan məhsulları Amazondan vasitəçi şirkətlər vasitəsilə almaq mümkündür. Bu işi müəyyən miqdarda komissiya ilə görən saytlar var. Bu saytlar sizinlə Amazon arasında körpü rolunu oynayır. Siz də belə bir sayt açmaqla yaşadığınız yerdən gəlir əldə edə bilərsiniz.

Bəzi insanlar müəyyən vaxtlarda 80%-ə qədər endirimlərə əməl edərək çoxlu alış-veriş edir. Bu insanlar endirim vaxtlarını izləyir və sonra bazar qiymətinə sataraq qazanc əldə edirlər.

Onlayn alış-verişin zirvəsində olan Amazon, bir çox insan və şirkət üçün iş və böyümə imkanları təmin etdi. Sürətlə inkişaf etmək və dünyada birinci olmaq məqsədi ilə rəqabətqabiliyyətli şəbəkəsini genişləndirir. Dünya iqtisadiyyatına böyük töhfə verən Amazon ilə etibarlı pul qazanmaq yolunda sürətli addımlar ata bilərsiniz.

Mənbələr: İienstitu.com, Pinterest 

Tərcümə etdi: Aydan Qasımova

Paylaş
Şərh əlavə et