Bu gün:

Toulouse Lautrec kimdir?


İtalyan intibah manneristi Jacopo Tintoretto 1518-ci ildə Venesiyada anadan olub. Uşaqlıqdan istedadı çox diqqət çəkən rəssam atası onu Titianın emalatxanasına apardı. Yüksək qabiliyyətləri Titianın digər şagirdlərində qısqanclıq yaratdı və ondan üz döndərdilər. Ancaq bu vəziyyət onun çox çalışmasına maneə olmadı. İlk diqqətəlayiq işi qardaşı ilə birlikdə bir qrup portret idi, lakin bu rəsm itdi. Bunun ardınca tarixi mövzularda bəzi əsərlər gəldi.

1565-1567 ilə 1575-1588 arasında Scuola grande di San Rocco divarları və tavanları üçün bir çox rəsm çəkdi. Tintoretto Venesiyanı çox az tərk edib. Hər cür sənəti sevirdi, Lute və müxtəlif alətlər çalırdı, bəziləri öz ixtirası idi və teatr geyimləri yaradırdı. Ancaq iş metodlarında çox diqqətli idi. Yaxın dostları da daxil olmaqla emalatxanasına heç kəsi qəbul etmədi və yalnız köməkçiləri ilə bölüşüb. Tintorettonun çox az tələbəsi var idi; bunların arasında iki oğlu və Antverpendən Martin de Vos da var idi. Oğlu Domenico Tintoretto tez-tez eskizlərdə atasına kömək edirdi. Venesiyada olduğu müddətdə Tintorettonun əsərlərini görən El Greconun da  ondan təsirləndiyinə inanılır.


1594-cü ildə yatmasına maneə olan və təxminən iki həftə yemək yeməyə mane olan qızdırma və şiddətli qarın ağrısı yaşayıb. 31 may 1594-cü ildə vəfat edib.

Mənbə: istanbulsanatevi

Tərcümə etdi: Aysu Əsədova

Paylaş
Şərh əlavə et