Bu gün:

"Alyonka" şokoladı


Alyonka şokoladı ən məşhur sovet markalarından biri idi. Şokolad adını ilk sovet qadın kosmonavtının qızı Valentina Tereşkovanın şərəfinə aldı, lakin başqa bir sovet qızı bu şokoladın siması oldu.

Məşhur və sevimli «Alyonka»şokoladının tarixi 60-cı illərdə SSRİ hökumətinin qida proqramı qəbul etdiyi zaman başladı, onun məqamlarından biri yeni dadlı südlü şokoladın yaradılması idi. Dövlət sifarişinin yerinə yetirilməsi üçün müsabiqə elan edilmiş və “Qırmızı oktyabr” şirniyyat fabriki qalib olub.

Hətta Vasnetsovun məşhur “Alyonuşka” tablosunu şokolad qablaşdırmasına yerləşdirmək təklifi də var idi. Amma bu fikir qəbul olunmadı. Nəticədə rəssam Aleksandr Gerinasın qızının fotosunu yerləşdirdilər.

Gerinasın həyat yoldaşı qızının şəklini 1960-cı ildə, 8 aylıq olarkən çəkib. 1962-ci ildə bu portret "Sağlamlıq" jurnalında dərc edilib. 1965-ci ildə "Axşam Moskva" şokolad qablaşdırma müsabiqəsi elan edəndə bu şəkli yenidən xatırlandı.

Mənbə: Kulturologia
Tərcümə etdi: Səmayə Qədirova

Paylaş
Şərh əlavə et