Bu gün:

Avtomobilin ixtirası



Diqqət çəkən müxtəlif adlar olsa da, "Avtomobili kim icad edib?"  sualına dəqiq cavab verə bilmərik. Çünki avtomobil mərhələ-mərhələ müxtəlif sahibkarlar və alimlər tərəfindən hazırlanmışdır. Mənbələrə görə, müasir avtomobilin ixtirası ilə bağlı 100 mindən çox patent var.  Həmçinin "Avtomobili kim icad edib?" sualının cavabı avtomobillərə gəldikdə nə başa düşdüyünüzdən asılı olaraq dəyişir.  Çünki avtomobilin ilk nümunələri indikilərdən çox fərqli idi.  Bəziləri buxarla, bəziləri daxili yanma mühərrikləri ilə işləyirdi. Bəzilərinin üç təkəri, bəzilərinin dörd təkəri var idi.  Sözü uzatmadan avtomobilin ixtirasındakı görkəmli adlara keçək.

Bir çox texnoloji alətlərdə olduğu kimi, avtomobilin ixtirası ilə bağlı araşdırmalarda da Leonardo da Vinçinin adı ilə qarşılaşırıq. Da Vinçi motorlu nəqliyyat vasitəsi üçün ilk nəzəri planları 15-ci əsrdə hazırlasa da, bu planlar onun sağlığında həyata keçirilməmişdir.

 Buxarla işləyən ilk avtomobil

1769-cu ildə fransız mühəndis Nicolas Joseph Cugnot buxarla işləyən avtomobil ixtira etdi. Cuqnotun maşınının iki təkəri arxada, biri isə qabaqda, qabaqda isə böyük buxar qazanı var idi. Fransız ordusunun artilleriya daşımaq üçün istifadə etdiyi bu avtomobil iki ton ağırlığında idi və saatda cəmi 3,5 km sürətlə hərəkət edə bilirdi.  Bugünkü avtomobillərdən tamamilə fərqli olsa da, Cugnotun ixtirası müasir avtomobillərin inkişafına təkan verdi. Düşünə bilərsiniz ki, bu gün getdikcə daha çox yayılan elektrik avtomobilləri bu yaxınlarda icad edilmişdir.  Amma yanılırsınız.  İlk akkumulyatorla işləyən elektrik avtomobili 1830-cu illərdə şotland Robert Anderson tərəfindən hazırlanmışdır.  Ancaq bu avtomobil kifayət qədər yavaş və bahalı idi və onun akkumulyatoru doldurula bilməzdi.  Məhz buna görə də həmin illərdə elektromobillər geniş yayılmaq imkanı əldə etmişdi.

Mənbə: bilimgenc
Tərcümə etdi: Aynur Mikayılova

Paylaş
Şərh əlavə et