Bütün yollar Romaya aparır. Bu cümləni tez-tez eşidirik. Filmlərdə, seriallarda və hətta bəzi mahnılarda. Yəni bütün yollar həqiqətən Romaya aparır?

Romalılar tikdikləri hər tikiliyə əzəmətli bir atmosfer qatmış və onları çox uzun müddət istifadə etmək üçün tikdikləri bilinir. Bu məqsədlə hamamlar, bazilikalar,
arenalar tikdirdilər. Bunlardan başqa Romalıları müasirlərindən fərqləndirən başqa bir quruluş da yol tikintisi idi. Yol tikintisi Romalıların həm strateji, həm də iqtisadi inkişafını xeyli sürətləndirdi. İlk və ən məşhur Roma yolu Via Appia idi. Bu yol Roma şəhərini birbaşa Kapua ilə birləşdirir. Yolun əhəmiyyətinə görə romalılar bu yola “yolların kraliçası” deyirdilər. Qədim Romalılar tərəfindən salınan təxminən 100-120.000 km yol şəbəkəsi Romadan başlayıb İngiltərəyə, bütün Qərbi Avropaya, Şimali Avropada İsveçrəyə və Şərqdə İrana çatırdı. Bu o deməkdir ki, Roma İmperiyasının üç qitədə hökmranlıq edən yol şəbəkəsi var idi.Təbii ki,
dünyada bütün yolların Romaya çatması mümkün deyil, çünki okeanlar qitələri bir-birindən ayırır. Ancaq maraqlı və bir qədər də yumoristik şəkildə tədqiqatçılar bütün qitələrdəki yollar vasitəsi ilə Roma və ya Romaya bağlı ən azı bir şəhərin olduğunu qeyd edirlər. Müvafiq olaraq, xəritələrini yenidən nəzərdən keçirəndə görmək olur ki, həqiqətən bütün yolların ən azı birinin Romaya aparır.
Mənbə: Evrim Ağacı
Tərcümə etdi: Tahirə Bağırzadə
