
Amerikalı realist rəssam Tomas Eakins 1844-cü ildə Filadelfiyada anadan olub. 1862-ci ildə Pensilvaniya Gözəl Sənətlər Akademiyasına daxil olduqdan sonra Jefferson Tibb Kollecində anatomiya kurslarına qatılıb. Filadelfiyada sənət kolleksiyalarını və sərgilərini öyrənib,bir çox sənətkarla əlaqə saxlayıb.
1870-ci ildə Fransadakı Gözəl Sənətlər Məktəbində Jean-Leon Jerome tələbəsi olaraq üç illik təhsilini başa vurduqdan sonra Filadelfiyaya qayıdıb.
Ətrafını təsvir etmək niyyətində olan iddialı və fərqli gənc sənətkar olaraq, Thomas Eakins, texniki bacarıqlarını nümayiş etdirmək üçün fürsət verərək, zövq aldığı fəaliyyətləri süjet olaraq istifadə edib. Uşaqlıqdan bəri idman edən sənətçi bir çox rəsm əsərlərində də kompozisiyalarında iştirak edib.
Parisə oxumağa gedəndə Amerika sənətinin diqqət mərkəzində olan mənzərə rəsmindən Avropa akademiyalarında favorit olan fiqur rəssamlığına keçən gənc sənətkarlar arasında qabaqcıl sırada yer alıb. Eakins idmançılara və açıq hava fəaliyyətlərinə heyranlığını ifadə edən əsərlər yaradıb və tez-tez xarakterlərini əks etdirən fəaliyyətlərlə məşğul olan isti bir ev şəraitində qadın və uşaqların şəkillərini ustalıqla təsvir edib.
1876-cı ildə Pensilvaniya Akademiyasında dərs deməyə başlayıb və akademiyanı Amerikanın aparıcı sənət məktəbi edib. Qədim heykəllərin gips qəliblərindən model kimi istifadə ənənəsini məhv edərək canlı bir modeldən anatomiya və rəsm öyrənməyə başlayıb. Bununla birlikdə, onun tədris metodları, xüsusən də çılpaqlar bəzi dairələrdə narazılığa səbəb olub.
1886-cı ilin yanvarında, şagirdlərinin daxil olduğu bir sinifdə çanaq haqqında mühazirə oxuyarkən, Eakins, modeldəki sümüyü göstərmək üçün kişi model kəmərini göstərib. Bu vəziyyət tələbələrin və onların valideynlərinin etirazları ilə qarşılanıb. Bundan sonra Eakins Akademiya Şurasının tələbi ilə istefa etmək məcburiyyətində qaldı. Ancaq müəllimlik onun həyatının vacib bir hissəsinə çevrilib.

1884-cü ildən sonra Filadelfiyada yeni qurulan rəssam tələbə birliyində və Nyu-Yorkdakı Milli Dizayn Akademiyasında zaman-zaman rəsm öyrətməyə davam edib. 1884-cü ildə tələbəsi Susan Mcdauell ilə evlənib. Eakinsin anatomiyaya olan marağı onu insanların və heyvanların hərəkətli fiqurları ilə də maraqlandırıb.

1879-cu ildə parkdakı at arabasına minən dörd fiquru təsvir etməsi istənəndə atın anatomiyasına yaxından baxıb. Kaliforniyada fotoqrafiya ilə ardıcıl hərəkətlər çəkməyə çalışan Meybricin işinə yaxından baxdı və 1884-cü ilə qədər o, artıq hərəkət edən alətlərdən istifadə edərək heyvanları təsvir edən çoxfiqurlu fotosessiyalar etməyə başlayıb.

1870-ci illərdən bəri tərk etdiyi atletikaya 1898-1899 cu ildə qayıtdı. Əvvəlki avarçəkmə səhnələrində olduğu kimi boks və güləş rəsmlərində də inqilabi xüsusiyyətini göstərib. Eakinsin vizyonunu fəal şəkildə dəstəkləyən kritik səslər az olsa da, sənətini insan fiqurunun dəqiq təsvirinə həsr etməsi ona sənət dünyasında yaxşı bir mövqe qazandırıb.
25 iyun 1916-cı ildə öldükdən sonrakı ilin noyabrında Metropolitan İncəsənət Muzeyində altmış rəsm əsərinin nümayiş olunduğu bir xatirə sərgisi açıldı. Bir ay sonra Pensilvaniya Akademiyası 139 əsərini sərgilədi. 1930-cu illərin əvvəllərində Thomas Eakins Amerikanın ən böyük sənətkarlarından biri sayılırdı, o hələ də öz nüfuzunu qoruyur.
Mənbə: istanbulsanatevi
Tərcümə etdi: Aysu Əsədova
