
Fransız rokokko rəssamı və oymaçısı Jan Onore Fraqonard 1732-ci ildə Grassedə anadan olub. On səkkiz yaşında, iflasına səbəb olan işi davam etdirmək üçün, İtalyan əsilli ailəsi ilə birlikdə Provencedən ayrılıb və Parisə gedib, burada bir müddət notarius olaraq çalışıb, sonra əvvəlcə Chardindən, daha sonra Boucherdən dərs alıb.
1752-ci ildə Böyük Roma mükafatını alıb. İstedadlı şagirdləri
qorumaq üçün açıq olan kral məktəbində 3 il ərzində Karl Van Loo, Lepisi və
Dandre Bardonun dərslərinə qatılıb.
1756-cı ildə Romaya gedib və Hubert Robertlə dostluq edib. Həm rəssam, həm də sənətsevər olan Saintnon keşişi Jean Claude Richarde iki dostuna bir müddət villada qalma şansı verib.
Sonra onları Neapol və Siciliyaya aparıb. Fraqonard, gəzdiyi bütün ölkələrin abidələrini, qədim əsərlərini və mənzərələrini boyayıb. 1773-cü ildə maliyyəçi Berqer ilə İtaliyaya ikinci səfəri zamanı qara qələmlə çəkilmiş çoxsaylı rəsmlər də yaradıb.
1765-ci ildə Kalirho ilə birlikdə akademiyaya qəbul olunsa da, tarixi rəsmləri gözlənildiyi kimi çəkməkdən imtina edib. Bunun əvəzinə, Opera aktrisası madam de Pompadour qızlarının evini bəzəyib. Sevgi səhnələri, yağlı boya, quaş və suluboya ilə müxtəlif rəsmlər, portretlər, mənzərələr, uşaqlıq və gəncliyi əks etdirən zərif rəsmlər çəkib.

Bənzərsiz sənətkarlığı ilə sənətkar şəxsiyyətinə xələl gətirmədən İtaliya və Hollandiyanın böyük ustalarından ilham ala bilib. Ailə həyatından səhnələr çəkib. Bunlara gənc ana, xoşbəxt məhsuldarlıq, dayə ziyarətləri, eləcə də onlar kimi ürəkaçan olmayan incə, hazırcavab əsərləri aiddir. O, “sürgü”, “qaçış”, “öpüş”, “qəzəbli Roland”, “Don Kixot”, “La Fontaine hekayələri” kimi əsərləri təsvir edib. Fraqonard əsərlərində XVIII əsr haqqında yazıb. Əsrin bütün atmosferini, ziddiyyətlərini ümumiləşdirib. İnqilab onun çətin vəziyyətinə gətirib çıxarıb.
Grasseyə sığınaraq madam Du Barry üçün hazırladığı lövhələri özü ilə götürüb, burada gənc qızların qəlbində sevginin inkişafı mövzusuna toxunub. Daha sonra onlara yenisini əlavə edib.
Ötən əsrin sonlarında Fransa xaricində satılan bu əsərlər bu günə qədər Nyu-Yorkda saxlanılır. 1791-ci ildə Parisə qayıdan Fraqonard əvvəlcə Saint üzvü, daha sonra Luvr Konservatoriyasının üzvü olub. Ömrünün son illərini çətin vəziyyətdə keçirib. Onun şah əsərlərinin çoxu bu günə qədər Luvrdadır.
Mənbə: istanbulsanatevi
Tərcümə etdi: Aysu Əsədova
