
Farsların sözləri ilə desək, “Kappa Tuchia” “Gözəl Atlar ölkəsi” deməkdir. Ümumilikdə Anadolunun qovuşduğu, Türkiyənin ən məşhur və bənzərsiz turizm məkanlarından biri olan Kapadokya möhtəşəm xüsusiyyətləri, qeyri-adi gözəllik vadiləri, pəri bacaları, qayalara oyulmuş məskənləri, açıq səma altında muzeyləri və şəhərləri ilə xarici turistləri qəbul edir.
Kapadokya haradadır?
Kapadokya bölgəsi daha çox Göreme, Ürgüp, Avanos və Uçhisar şəhərləri ilə tanınır. Halbuki Kapadokya əslində Nevşehir, Kırşehir, Niğde, Aksaray və Kayseri vilayətlərini əhatə edən kifayət qədər böyük bir bölgənin adıdır. Kapadokyanı özünəməxsus xüsusiyyətləri və gözəllikləri ilə daha dar bir ərazidə ifadə etsək, Avanos, Göreme, Uçhisar, Ürgüp, Çavuşin, Açıksaray, Ortahisar, Derinkuyu, Kaymaklı və İhlara qəsəbələrini əhatə etdiyini söyləyə bilərik. Kapadokya Ankaradan 305, İstanbuldan 750, İzmirdən 780, Kayseridən 60 və Nevşehirdən 12 kilometr məsafədə yerləşir.
Quru və ya təyyarə ilə Kayseri və Nevşehirə çatdıqdan sonra buradan qalxan mikroavtobuslarla Kapadokya bölgəsinə çatmaq mümkündür. Kapadokya bölgəsinə hava limanından qalxan avtobus və ya mikroavtobusla 30 dəqiqəyə çatmaq olar. Kapadokya bölgəsinə getməyin başqa bir yolu isə təbii ki, mərkəzdən, avtovağzaldan və ya hava limanından taksi ilə getməkdir. Büdcəniz məhduddursa, taksi qiymətlərini əvvəlcədən öyrənə və hətta sizinlə eyni yerə gedib yolu paylaşacaq birini də tapa bilərsiniz.
Kapadokiyanın qısa tarixi
Kapadokya tarixinə nəzər saldıqda bölgənin ilk dəfə Het dövründə aktiv olduğunu görürük. Tarixi İpək Yolu üzərində yerləşdiyinə görə bölgə o dövrdə bir növ ticarət mərkəzi idi və bu vəziyyət e.ə. XII əsrdə Hetlərin dağılmasına qədər davam edir. Kapadokiyanın sonuncu kralı 17-ci ildə vəfat etdikdən sonra bölgə Roma əyalətinə çevrildi. Kapadokya bölgəsi III əsrdə xristianların burada məskunlaşması ilə bölgə təhsil, din və düşüncə mərkəzinə çevrilmişdir. Bununla belə, M.S. 303-308-ci illər arasında Roma İmperatorluğunun bölgə əhalisinə təzyiqi artmış, xalq bu təzyiqdən, zülmdən və istiladan gizlənmək üçün kənardan görünməyən dərin dərələrdə qayalarla oyulmuş sığınacaqlar, məskənlər salmışdır. Yenə də M.S. 11-12-ci əsrlərdə əvvəlcə ərəb basqınları, sonra isə Səlcuqlular bölgədə hökmranlıq etdilər. Sonrakı dövrlərdə, nəhayət Osmanlı İmperatorluğu dövründə bölgədə sülh hökm sürür, Lozanna müqaviləsindən sonra 1924-1926-cı illər arasında buradakı xristianlar mühacirət edərək Kapadokyadan ayrılır.
Kapadokyadakı, formasiyalar
Kapadokiyanın bu qeyri-adi quruluşu və xüsusiyyəti 60 milyon ildən çox yaşı olan coğrafi formasiyalarda gizlidir. İlk dövrlərdə daxili dəniz olan Kapadokya bölgəsində milyonlarla il əvvəl ətrafdakı Erciyes dağı, Həsən dağı və Güllüdağdan püskürən lava və küllər bu bölgəni qurutmağa başlamış, lavadan ibarət daş və ya tuf quruluşları və bölgədə kül əmələ gəlməyə başladı. Bu yumşaq tuf təbəqələri milyonlarla il ərzində güclü külək, sel və yağış suları ilə aşınaraq eroziya ilə dərələrə çevrilməsi nəticəsində dəyişməyə başlamışdır. Beləliklə, hamımızın bildiyimiz göbələk qapaqları və ya papaqları olan konusvari gövdələr əmələ gəlməyə başladı. Bu təbiət möcüzələrinə pəri bacaları deyilir. Kapadokya da Daş dövründən bəri tarix boyu bir çox sivilizasiyalara ev sahibliyi etmişdir. Bölgənin bu quruluşunun üstünlüyündən istifadə edərək çoxlu qayaüstü yaşayış məntəqələri, evlər, monastırlar, kilsələr, ibadətgahlar, yeraltı şəhərlər tikilmişdir. Ən çox pəri bacalarının içi bu şəkildə yerləşdirilir. Burada yaşayan insanların Roma imperiyasının zülmündən, qəddarlığından, istilasından gizlənməsi üçün kənardan görünməyəcək şəkildə tikilmiş və minlərlə insanın yaşayış yerinə çevrilmişdir.
Mənbə: Cappadocia4u
Tərcümə etdi: Fatimə Şükürova
